Cocuq Mərcanlının suvarma suyu ilə təmin edilməsi üçün vəsait ayrıldı
Tarix: 14.02.2018 | Saat: 20:44:00 | E-mail | Çapa göndər


Prezident “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin, eləcə də Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndlərinin ümumilikdə 680 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün həyata keçirilən tikinti işlərini başa çatdırmaq məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 700 min manat ayrılıb. Sərəncamda qeyd olunur ki, 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində erməni işğalından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılıb, fərdi yaşayış evləri, ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib və artıq 172 nəfərdən ibarət 45 ailə öz doğma yurduna qayıdıb. Hazırda 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin, eləcə də əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün nasos stansiyasının və suvarma boru kəmərlərinin tikintisi davam etdirilir.

***

Rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı təsdiqləndi

Prezident “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Milli iqtisadiyyat perspektivi və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində qarşıya qoyulmuş hədəf və prioritetlərə çatma vəziyyətinin qiymətləndirilməsi üçün informasiya təminatının təkmilləşdirilməsini, inzibati məlumat mənbələrindən istifadənin genişləndirilməsini və milli statistika sistemində aparılan islahatların daha da sürətləndirilməsini təmin etmək məqsədi ilə “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Dövlət Statistika Komitəsi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirəcək və tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Prezidentə və Nazirlər Kabinetinə məlumat verəcək.




 
Bölməyə aid digər xəbərlər
14.08.2018
Rumıniya milli hava yolları Bakı, Tbilisi və Odessaya uçuşlara başlayır
14.08.2018
Bir həftədə Ukraynada 240-a yaxın uşaq itkin düşüb
13.08.2018
İran elektrik enerjisinin Rusiyaya tranziti üçün Azərbaycanla danışıqlara başlayıb
13.08.2018
Qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün işəgötürənlərlə birgə müzakirələr aparılıb
13.08.2018
İlahiyyat İnstitutu boş qalan yerlərə tələbə qəbulu elan edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9853

1 DSX rəisi at çapan qızla görüşüb
2 Leyla Hüseynova: “Dənizçilik həyatımın anlamıdır”
3 Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
4 “Hər yaşa uyğun uşaq intellektual oyunları və videolar hazırlamışıq”
5 Türkiyə dollara qarşı yeni bir gediş edir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info