Alimlərdən maraqlı kəşf
Tarix: 15.02.2018 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


Salfet və oxşar struktura malik tualet kağızı mikroməsaməli sellüloz lifləri və karbon nano borularından ibarət olan nanostrukturlaşdırılmış kompozit materiallardır. Bu, onlara elektrik cərəyanını yaxşı keçirməyə imkan verir və mexaniki təsirlərə qarşı çox həssas edir.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, alimlər müxtəlif xəstəliklərin diaqnostikası üçün sensor istehsal etməkdən ötrü nanokompozit materialın unikal xüsusiyyətlərindən istifadəyə dair qərar veriblər. Onlar salfeti su ilə hopduraraq onu ikitərəfli plastırın köməyi ilə insanın biləyinə yapışdırıblar və ona pyezorezistiv elementlər birləşdiriblər. Ürək döyüntüsünün təzyiqi altında paralel və perpendikulyar yerləşmiş sellüloz lifləri dartılıb ki, bunun sayəsində sensorun həssas elementləri nəbzi ölçə bilib.
Bir neçə santimetr ölçüsündə olan cihazı istifadədən sonra tullamaq olar. İstehsalçıların sözlərinə görə, bu ixtiranın tətbiqi sahəsi son dərəcə genişdir. Məsələn, onun köməyi ilə azyaşlı uşaqların və ya qocaların sağlamlıq vəziyyətinə nəzarət etmək olar.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Qlobal istiləşmənin səbəbi Günəşlə bağlı deyil
23.03.2019
Tanınmışların “əkiz tayları“
22.03.2019
Qadınlar niyə kişilərdən çox yaşayır?
22.03.2019
Toyuğu bişirməzdən əvvəl yumayın
22.03.2019
Yeni Zelandiyanın Xarici İşlər naziri müğənni Haluk Leventə təşəkkür etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info