Süni intellekt alqoritmli ilk prosessorlar yaradılıb
Tarix: 15.02.2018 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


Britaniyanın “ARM” şirkəti mobil telefon və smartfonlarda istifadə üçün nəzərdə tutulan süni intellekt alqoritmli ilk prosessorlar yaradıb. Yeni çiplərin kütləvi istehsalına 2019-cu ilin əvvəlində başlamaq nəzərdə tutulur.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, hazırda kompüter təlimindən istifadə edən əksər daşınan qurğuların süni intellekt alqoritmlərinin işə salınması üçün gücünün çatmaması səbəbindən onlar “bulud” serverlərinin köməyindən yararlanır. Lakin avtonom işləyən süni intellekt alqoritmləri ilə bağlı ideya cəlbedici görünür. Onlar smartfonların məhsuldarlığını artıra, məlumatların göndərilməsi zamanı yaranan yubanmanı zəiflədə bilər. Həmçinin avtonom işləyən süni intellekt alqoritmləri smartfona oflayn işləməyə imkan verməklə bütün informasiyanın “bulud” serverində deyil, qurğuda saxlanılmasına şərait yaradacaq.
“ARM” şirkətinin kompüter təlimi qrupunun rəhbəri Cem Devis bildirib ki, bu məsələnin tədqiqi üçün çoxlu vaxt sərf edilib. “Biz kompüterlərin yükünü təhlil edərək hansı hissələrin daha çox vaxt və güc sərf etməsini müəyyənləşdirdik, eləcə də mövcud prosessorların mümkün yaxşılaşdırılmasını nəzərdən keçirdik. Yeni çiplər əvvəlkilərlə müqayisədə daha az enerji sərf edir, eləcə də onlar məlumatları yaddaşa daha yaxşı daxil edir və götürür”, - o qeyd edib.
Süni intellekt alqoritmləri ilə gücləndirilən yeni smartfonların bu il yaradılacağı planlaşdırılır.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Kuşadasına mövsümün ilk kruiz gәmisi gәlib
18.03.2019
30 yaşdan sonra bunları yeməyin!
18.03.2019
Axır çərşənbədə nələr etməli?
18.03.2019
Avstriyada qalanan tonqal hündürlüyünə görə “Ginnesin rekordlar kitabı”na düşüb
18.03.2019
Texas sakini doqquz dəqiqəyə altı uşaq dünyaya gətirdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info