“Erməni ekstremistləri zəbt etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirirlər”
Tarix: 16.02.2018 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edib.
QMİ-dən mətbuata göndərilən müraciətdə bildirilir ki, Uca Allah insan həyatını müqəddəs dəyər olaraq səciyyələndirir və yer üzündə bir günahsız insanın ölümünü bütün bəşərin öldürülməsi qədər ağır günah olaraq qəbul edir. Tarixi fakt ondan ibarətdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları öz havadarlarının köməyi ilə Xocalı şəhərinə qəfil silahlı basqın edib və oranın dinc, silahsız əhalisinə qarşı amansız kütləvi qırğın törədiblər. Ermənistan silahlı quldurlarının təcavüz etdiyi həmin gecə qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib. Xocalı şəhəri yerlə-yeksan edilib, əhalinin 150 nəfəri itkin düşüb, 1275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalıb, vəhşicəsinə qətlə yetirilmiş dinc sakinlərin cəsədlərinin üzərində ağlasığmaz təhqiramiz hərəkətlər edilib. Mahiyyəti etibarilə Xocalı faciəsi – Holokost, Hernika, Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə eynidir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycan xalqı öz doğma torpaqlarında etnik təmizləmə, maddi və mənəvi terrora məruz qalıb, erməni ekstremistləri ərazimizin 20 faizini işğal edib, bir milyondan artıq azərbaycanlını doğma yurdlarından didərgin salıb, zəbt etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi məhv ediblər. Xocalıda məqsədyönlü soyqırımı aktı isə erməni vəhşiliklərinin kulminasiya nöqtəsidir.

“Uydurma erməni soyqırımının tanıdılması cəhdləri tarixin siyasi məqsədlərlə saxtalaşdırılmasından başqa, birşey deyil”
Müraciətdə qeyd edilir ki, iyirmi altı il müddət keçməsinə baxmayaraq, erməni terrorçuları törətdikləri cinayətlərə görə hələ də cəza almayıblar. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin tələbləri bu günədək yerinə yetirilməyib. Azərbaycanın beynəlxalq ictimaiyyətə mütəmadi müraciətlərinə obyektiv yanaşan dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanısa da, təəssüf ki, bu dəhşətli cinayətə etinasız yanaşanlar da var. Bu gün dünyada baş verən zorakılıq halları, terrorizm və ekstremizm kimi cinayətlərin təməlində bəzi dövlətlərin, təşkilatların və dini liderlərin problemlərə münasibətindəki ikili standartlar, rasizm, antisemitizm, ksenofobiya, islamofobiya kimi təhlükəli meyillər dayanır. Bu yanaşma səbəbindən törədilən qətliamlar, o cümlədən Xocalı faciəsi layiqli qiymətini almadıqca yeni-yeni bəşəri cinayətlərə, humanitar fəlakətlərə yol açılır, dünyanın müxtəlif bölgələrində soyqırımlarının təkrarlanmasına, terrorizm, ekstremizm, separatçılıq üçün zəmin yaranır.
Bildirilir ki, Azərbaycanın üzləşdiyi bu təcavüz və onun nəticəsində yaranmış bir milyondan artıq qaçqın və məcburi köçkün probleminə biganə münasibət bəslənməsi, erməni ekstremistlərinin soydaşlarımızı öz doğma yurd-yuvalarından didərgin salmalarına görə məsuliyyətə cəlb edilməmələri nəticəsində erməni tərəfi təxribatlarından nəinki əl çəkmir, öz dədə-baba yurdlarında uyuyan qohumlarının qəbrini ziyarət edən vətəndaşlarımızı əsir, girov götürərək onlara qarşı olmazın işgəncələr tətbiq edir, cəsədlərin qaytarılması məsələsində belə, beynəlxalq konvensiyalara əməl etməkdən boyun qaçırır. Əvəzində, heç bir tarixi həqiqətə söykənməyən uydurma erməni soyqırımının tanıdılması cəhdləri, soyqırımı törədənlərin özlərini “soyqırımı qurbanları” kimi qələmə vermələri, ildönümlərinin qeyd edilməsi tarixin siyasi məqsədlərlə saxtalaşdırılmasından başqa, bir şey deyil.
Vurğulanır ki, bu gün Azərbaycan dövlətinin haqqın və tarixi ədalətin bərpası yönündə apardığı məqsədyönlü siyasət, dünya azərbaycanlılarının və ictimai təşkilatların dəstəyi ilə həyata keçirilən tədbirlər, o cümlədən “Xocalıya ədalət!” kampaniyası Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə yayılmasında, qəsbkarın əsl simasının açılmasında önəmli rol oynayır.

"Erməni əsirliyində: işgəncə və qətl antologiyası" adlı kitabın təqdimat mərasimi keçirilib
Yeri gəlmişkən, ötən gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu tərəfindən Azərbaycan və ingilis dillərində nəşr edilmiş "Erməni əsirliyində: işgəncə və qətl antologiyası" adlı kitabın təqdimat mərasimi keçirilib.
Əvvəlcə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı şəhid olmuş soydaşlarımızın ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov kitabın Prezident İlham Əliyevin göstərişi əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-leytenant Mədət Quliyevin nəzarəti ilə tərtib edildiyini diqqətə çatdırıb.
Komissiyanın katibi qeyd edib ki, "Erməni əsirliyində: işgəncə və qətl antologiyası" adlı kitabla tanış olarkən əsir-girovlara qeyri-insani üsullarla verilmiş işgəncə faktları, əlbəttə ki, oxucunu dəhşətə gətirə bilər: "Ancaq təəssüf edirik ki, bunlar danılmaz faktlardır və hadisə qurbanlarının şahid ifadələridir".
O bildirib ki, kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan hərbçiləri və erməni separatçı, terrorçu-quldur dəstələri tərəfindən əsir-girov götürülmüş azərbaycanlılara, о cümlədən digər xalqların nümayəndələrinə qarşı adi insani dəyərlərin və beynəlxalq humanitar hüquq normalarının pozulması faktları toplanıb: "Kitab müxtəlif yaşa məxsus insanların xatirələri əsasında tərtib edilib. Bunlar adi xatirələr deyil, insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayət əməllərini təsdiq edən ifadələrdir. Xatirələr qadın, uşaq, qocalara, eyni zamanda həm mülki şəxslərə, həm də hərbçilərə aiddir. Kitabda əsir-girovluqdan azad edilmiş 339 nəfərin ifadəsi öz əksini tapıb".
Sonra mədəniyyət və turizm nazirinin müavini, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Ədalət Vəliyev, Milli Məclisin deputatları - AMEA Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı, Mətbuat Şurasının sədri, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Əflatun Amaşov, "Azərbaycan" qəzetinin baş redaktoru, Dövlət Komissiyasının üzvü Bəxtiyar Sadıqov, AMEA Şərqşünaslıq İnstitutunun professoru, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi, AMEA Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçiləri - Rizvan Hüseynov və MoiseyBekker, "İki sahil" qəzetinin baş redaktoru, Dövlət Komissiyasının üzvü Vüqar Rəhimzadə çıxış edərək kitabda əksini tapmış hadisələri, sadəcə, humanitar hüquq normalarının pozulması faktı deyil, ermənilər tərəfindən insanlığa və bəşəriyyətə qarşı törədilmiş müharibə cinayəti kimi qiymətləndiriblər.
Çıxışçılar dünyada ikili standartların hökm sürməsinə baxmayaraq, hazırda Ermənistanda yüksək dövlət vəzifələri daşıyan müharibə canilərinin nə vaxtsa beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verəcəklərinə inam ifadə ediblər. Bu baxımdan kitabın zəngin informasiya mənbəyi olduğunu və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.
E.Səmədov faşizmin, ksenefobiyanın, dini və irqi dözümsüzlüyün, ayrı-seçkiliyin Ermənistanda milli dəyər və etiket səviyyəsinə yüksəldiyini, erməni etnopsixologiyasına hakim kəsildiyini qeyd edib.
Komissiya katibi əsir-girovlara münasibətdə insanlıq əleyhinə cinayətlər törətmiş ermənilərin işğalçı dövlətdə hazırda tutduqları mövqe və vəzifələrdən asılı olmayaraq beynəlxalq hüquq müstəvisində cəzalarını alacağına inam ifadə edib.
Sonda Dövlət Komissiyasının katibi İ.Axundov nəşr edilən kitabın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində yürütdüyü işğalçılıq və terror siyasətinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması sahəsində fəaliyyətlərinin bariz nümunəsi olduğunu vurğulayıb və tədbir iştirakçıları adından ölkə rəhbərliyinə bu sahədə verdiyi dəstəyə və qayğıya görə təşəkkürünü bildirib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
“Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var”
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info