«ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”
Tarix: 16.02.2018 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


Q . Qriqoryan:
“Bu gün biz əməkçi əlləri, ağıllı başları itirməklə ölü nöqtəyə doğru gedirik”

Hələ bir müddət bundan əvvəl, erməni ziyalılarının bir çoxu 2018-ci ilin Ermənistan üçün elə də xoş günlər gətirməyəcəyi barədə proqnozlar vermişdilər. Deyəsən, bu proqnozlar özünü doğrultmaqdadır. Ermənistanın «ArmenianReport» saytında yer alan Q . Qriqoryanın müəllif yazısında Ermənistandakı son yaşantılar çılpaqlığı ilə ortaya qoyulub.
Yazıda deyilir: «Məni miqrasiyadan daha çox Ermənistan rəhbərlərinin passiv müşahidəçi rolunda çıxış etmələri narahat edir. Hər gün xəbərləri oxuyarkən kədərli nəticələrlə rastlaşırıq. Belə çıxır ki, 2018-ci il də Ermənistanın dövlət borcuna təsirli bir artımla başlayıb. Belə ki, təkcə yanvar ayında milli borc daha 123,5 milyon dollar artıb. Deməli, fevral ayının ötən günləri istisna olmaqla, Ermənistanın milli borcu 6 milyard 898 milyon dollara çatıb.

“Bəli, sirr deyil ki, polşalılar da işləmək üçün Almaniya və ya Kanadaya gedirlər. İtalyanlar da daha çox Amerikaya köç edirlər. Bu gün Rusiyanın, Ukraynanın da xeyli sakini ölkələrini tərk edirlər. Bu, adi haldır. Lakin Ermənitanda bu köçün total vəziyyət alması ölkənin gələcəyi üçün böyük problemlərdən xəbər verir”

Təbii ki, bu xəbəri oxuyan hər bir erməni təəccüb dolu kədərlə bu borcun necə və ya kim tərəfindən qaytarılacağı barədə düşünür. Maraqlıdır ki, erməni maliyyə naziri Vardan Aramyanı dinləyənlərin kədərinə əlavə kədər qatılır. Sən demə, artıq 7 milyard dollara çatmaqda olan dövlət borcuna daha əlavə 360 milyon dollar da qatılacaq. «Radio Azatutyun»a danışan Aramyan alınacaq bu borcun ötən ilin eyni dövründə alınan borcdan xeyli az olduğunu bildirib. Maliyyə naziri dövlət borclarındakı artım barədə danışarkən onun böyük bir müvəffəqiyyətdən duyğulandığını düşünürsən. Bəlkə doğurdan da, alınan borclar ölkədə hər hansı bir investisiya yatırımına sərf ediləcək? Xeyr, təəssüf ki, belə deyil. İnsana təəccüblü gələn isə nazir bunları deyərkən onun danışığında kədərdən çox, sevinc hisləri sezilir. Təbii ki, Aramyan tək deyil, Alınan bütün bu broclar quldur erməni rəhbərliyindən gələcək nəsillərə borc kimi miras qalacaq.

“Bu gün Ermənistan hakimiyyəti təkcə zəbt etdiyi torpaqlara görə deyil, hətta İrəvan üçün də gözlənilən təhlükədən xoflanır”

Məlumdur ki, artıq insanlar da bunu başa düşüb, reaksiya verməyə çalışırlar. Və ən effektli çıxış yolu kimi, birdəfəlik bu ölkəni tərk edirlər. Erməni hökusməti isə ölkədən qaçanların sayını az qələmə vermək üçün min cür hoqqabazlıq edir. Lakin oyunun qaydalarını dəyişməyə çalışan hakimiyyətin atdığı bütün addımlar elə də böyük bir effekt vermir. Bu gün Ermənistan hakimiyyəti təkcə zəbt etdiyi torpaqlara görə deyil, hətta İrəvan üçün də gözlənilən təhlükədən xoflanır. Ölkə isə boşalmaqda davam edir. Ölkədən qaçanların əksəriyyətini gənclər təşkil edir. Onların əksəriyyətinin qaçmasını Ermənistanı sevməməlri ilə əlaqələndirmək olmaz. Onlar sadəcə, qaranlıq «tunelin sonundakı işıqdan» ehtiyat edərək ölkədən qaçırlar. Onların çoxu ölkədən birdəfəlik gedirlər. Gedənlərin əksəriyyətinin əmək qabiliyyətli əhali olduğunu da nəzərə alsaq, o zaman fəlakətin gerçək miqyasını hiss edirsiniz. Amma bu hamısı deyil. Bu gün Ermənistanı bütün sahə üzrə olan mütəxəssislər- bankirlər, iş adamları, təcrübəli həkimlər belə, tərk edirlər. Əlbəttə ki, onların əksəriyyəti özlərinə ikinci vətən kimi seçəcəkləri ölkələrdə uğur qazanacaqlar. Belə olan halda, bəs kimlər Ermənistanın inkişafına yardımçı olacaq? Ölkədə qalan oğrularmı? Təbii ki, onlar bunu planlaşdırmırlar. Bu gün biz əməkçi əlləri, ağıllı başları itirməklə ölü nöqtəyə doğru gedirik. Bəli, sirr deyil ki, polşalılar da işləmək üçün Almaniya və ya Kanadaya gedirlər. İtalyanlar da daha çox Amerikaya köç edirlər. Bu gün Rusiyanın, Ukraynanın da xeyli sakini ölkələrini tərk edirlər. Bu, adi haldır. Lakin Ermənitanda bu köçün total vəziyyət alması ölkənin gələcəyi üçün böyük problemlərdən xəbər verir.
Maraqlıdır ki, məni narahat edən bu məsələ, erməni rəhbərliyini narahat etmir. Onları narahat edən şəxsi kapitallarının miqdarıdır. Məni ölkəyə borc adı altında gətirilən sərmayənin hara xərcləndiyi, əhalinin isə hələ də ac-yalavac günündə yaşaması narahat etsə də, hakimiyyətdəki oğru dəstəsi varlanmasını davam etdirməkdədir».
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
17.06.2018
Putin Paşinyanı alçaldıb
16.06.2018
Paşinyan rus təhdidləri ilə Avropa “imkanları” arasında qalıb
16.06.2018
“Jamanak“: “Paşinyan istefa verəcək”
14.06.2018
Paşinyan hökumətində ilk çatlar
14.06.2018
Paşinyanın təyinatı ermənilərdə hiddət doğurdu

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Yaponiyada Azərbaycanın biznes mühiti ilə bağlı seminar keçiriləcək
2 Qazın qiyməti artdı, Paşinyan batdı..
3 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
4 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
5 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info