Şagirdlərin dərs və imtahan yükü azalacaq
Tarix: 17.02.2018 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


"I sinifdə təhsil alan şagirdlər məktəbə gəlib çatmamış onları imtahan edirik”

"Məktəblərdə summativ qiymətləndirmə ilə bağlı dəyişikliklərin edilməsində əsas məqsəd şagirdlərin dərs və imtahan yükünü azaltmaqdan ibarətdir". APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib. Məktəblərdə imtahanların sayının müəyyən qədər çox olduğunu söyləyən şöbə müdiri bildirib ki, şagirdlərin psixoloji gərginlik yaşaması düzgün deyil: "I sinifdə təhsil alan şagirdlər məktəbə gəlib çatmamış onları imtahan edirik. Bunu nəzərə alaraq summativ qiymətləndirmənin sayını əsaslı şəkildə azaltmağa çalışırıq. Valideynlər eyni gündə bir neçə summativin keçirilməsi ilə bağlı nazirliyə tez-tez şikayət edirdilər. Summativ qiymətləndirmə ilə bağlı yeni sənəd layihəsində gün ərzində keçiriləcək summativlərin maksimum sayı müəyyən edilib. Gün ərzində 3-dən çox summativ olmamalıdır”. E. Əmrullayev onu da bildirib ki, başqa mübahisəli məsələlərdən biri isə summativlərin müddəti ilə bağlı idi: “Bəzi müəllimlər bunu 30, bəziləri isə 45 dəqiqə müddətində edirdi. İndi isə kiçik summativ qiymətləndirilmənin keçirilmə müddətinin 45 dəqiqə olması təklif olunub. Şagirdlər 3-4 və 3-5 qiyməti alanda da, yəni hər iki halda ona yekunda ortalama 4 qiyməti verilirdi. Yeni layihədə summativlərdə şagirdlərin biliyinin balla qiymətləndirilməsi təklif edilir. Yəni şagird tutaq ki, kiçik summativ qiymətləndirmədən 74 bal (4 qiyməti) toplayıb. Yarım illik qiymət hesablananda 4 qiymətinin üzərinə 4 gəlinməyəcək. Şagirdin kiçik summativ qiymətləndirmədən əldə etdiyi ballar toplanacaq. Balla hesablama həm mübahisə yaratmayacaq, həm də şagirdlərdə oxumağa həvəs yaradacaq. Şagirdlər üçün bal şkalası da aşağı salınıb. Şagird 3 qiyməti almaq üçün 40 bal toplamalı idisə, indi onu 30 bala salmışıq". E. Əmrullayev qeyd edib ki, layihə hazırda aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir: "Artıq Dövlət İmtahan Mərkəzi layihəyə müsbət rəy verib".




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info