Türkiyə və ABŞ-ın arasında “Menbic düyünü”
Tarix: 17.02.2018 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


Tillerson:
“ABŞ Menbic bölgəsinin və Menbic şəhərinin müttəfiq qüvvələrin nəzarətində olmasını istəyir, başqa hər hansı bir gücün bura daxil olmasını istəmir”

Çavuşoğlu:
“2016-cı ildə ABŞ Menbiclə bağlı Türkiyəyə söz vermişdi, bu sözlər yerinə yetirilmədi. Türkiyənin tələbləri qətidir: PYD/PKK bölgəni tərk etməlidir”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Amerika Birləşmiş Ştatlarının dövlət katibi Reks Tillersonu qəbul edib. Görüşdə ABŞ-ın PYD/PKK terror qruplaşmalarına dəstək verməsi səbəbindən son vaxtlar iki ölkə arasında yaranan etimadsızlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Həmçinin tərəflər beynəlxalq mövzularla bağlı fikir mübadiləsi aparıblar.
Dövlət Departamentinin nümayəndəsi bildirib ki, Reks Tillersonun Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Ankarada keçirilən görüşü məhsuldar olub: “Onlar ABŞ-Türkiyə münasibətlərinin qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsi istiqamətində məhsuldar və açıq danışıqlar aparıblar. Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu keçiriləcək görüş zamanı NATO üzrə mühüm müttəfiqimizlə danışıqlarda irəliləyişin davam etdiriləcəyinə ümid edirik”. Türkiyə prezidenti administrasiyasındakı mənbə bundan əvvəl bildirib ki, Ərdoğan və Tillerson regional problemləri, xüsusən, Suriya və İraqdakı vəziyyəti, habelə ikitərəfli münasibətləri və terrorla mübarizəni müzakirə ediblər. Məlumata görə, bu məsələlərlə bağlı Türkiyənin gözləntiləri açıq şəkildə Amerika tərəfinə açıqlanıb. ABŞ dövlət katibi Reks Tillerson Türkiyəyə səfəri çərçivəsində Ankarada həmkarı Mövlud Çavuşoğlu ilə də görüşüb. Görüşdən sonra mətbuat konfransı olub. M.Çavuşoğlu bildirib ki, ABŞ-ın PYD/PKK terror qruplaşmalarına dəstək verməsi, FETO terror təşkilatı ilə mübarizə və digər məsələlərə dair Türkiyənin qətiyyətli mövqeyi bir daha ABŞ rəsmisinin diqqətinə çatdırılıb.


“Röyters:
“Ankarada Tillersona YPG-nin Fırat çayının şərqinə çəkilməsi, Menbicdə isə türk və amerikan əsgərlərinin birlikdə yerləşdirilməsi təklif olunub”


Nazir təəssüf hissi ilə qeyd edib ki, ABŞ rəsmilərinin bu vaxta qədər Türkiyənin təhlükəsizliyinə zərər vuran məsələlərlə bağlı verdikləri vədlər yerinə yetirilməyib. Türkiyənin tələbləri qətidir: PYD/PKK bölgəni tərk etməlidir. Türkiyənin Suriya ilə sərhəd boyunca təhlükəsizliyinin təmin olunmasına dair narahatlığını ciddi qəbul etdiklərini deyən R.Tillerson bildirib ki, bölgədəki proseslərlə bağlı Türkiyə ilə birlikdə hərəkət etmək niyyətindədirlər: “Suriya məsələsi ciddidir və bu problemi çözmək üçün birgə addımlar atmalıyıq. Biz birlikdə Suriyadakı bütün problemləri dəyərləndirəcəyik. Birlikdə hərəkət edəcəyik. “İŞİD”-lə mübarizə aparacağıq. Ərazilərin təhlükəsizliyini təmin edəcəyik. Görüləcək çox iş var. Sürətlə başlamalıyıq. Bu istiqamətdə iş aparacaq ilk qrup martın ortasında toplanacaq. Lakin vacib bir hal olduqda biz gözləməyəcəyik, hərəkət edəcəyik”. Reks Tillerson Türkiyənin Suriyanın Afrin bölgəsindən sonra Menbic bölgəsinin PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləməyi planlaşdırmasına da münasibət bildirib. NTV telekanalının məlumatına görə, Tillerson deyib ki, Menbic strateji cəhətdən çox önəmli bir şəhərdir, ABŞ Menbic bölgəsinin və Menbic şəhərinin müttəfiq qüvvələrin nəzarətində olmasını istəyir, başqa hər hansı bir gücün bura daxil olmasını istəmir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, PYD/YPG-nin hücumları nəticəsində Türkiyədə insanlar həyatını itirir: “2016-cı ildə ABŞ Menbiclə bağlı Türkiyəyə söz vermişdi, bu sözlər yerinə yetirilmədi. Bir dəfə PYD/YPG-nin Fərat çayının şərqinə çəkildiklərini anlatmaq üçün Türkiyədən bir heyət çağırıldı. Daha sonra gördük ki, PYD/YPG Menbicdən çıxarılmayıb. Menbic əhalisinin 95 faizi ərəbdirsə, PYD/YPG-nin burada olması heç vaxt sabitliyi təmin etməz. PYD/YPG-nin Menbicdən çıxması lazımdır”. Tillerson ABŞ və Türkiyə arasında ortaq mexanizm yaradılacağını və ilk növbədə Menbic məsələsinin müzakirə olunacağını, bütövlükdə Suriyanın şimalı ilə bağlı müzakirə aparılacağını qeyd edib: “Suriyada parçalanma olmadan münaqişənin həllinə nail olmaq istəyirik. Türkiyə ilə münasibətlərimiz davamlı və strateji xarakter daşıyır. ABŞ və Türkiyənin Suriyada birlikdə çalışması önəmlidir”. “Röyters bildirir ki, Ankarada Tillersona YPG-nin Fırat çayının şərqinə çəkilməsi, Menbicdə isə türk və amerikan əsgərlərinin birlikdə yerləşdirilməsi təklif olunub.
Anar




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
Fransa XİN rəhbəri Trampı ölkənin daxili işlərinə qarışmamağa çağırıb
09.12.2018
Parisdə etiraz aksiyaları zamanı saxlanılanların sayı 1700 nəfəri ötüb
09.12.2018
İngiltərədə 130-a yaxın ictimai kitabxana bağlanıb
09.12.2018
Brüsseldə polis `sarı jiletlər`in aksiyasını dayandırmağa çalışır
08.12.2018
Fransada etiraz aksiyalarında 31 min nəfər iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info