Maştağa-Nardaran avtomobil yolu yenidən qurulur
Tarix: 17.02.2018 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin regionları sosial-iqtisadi inkişafı dövlət proqramlarından irəli gələn tapşırıq və sərəncamlarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin qəsəbələrini birləşdirən avtomoil yollarının yenidən qurulması işlərini yüksək keyfiyyətlə və sürətlə davam etdirilir.
Agentlikdən "APA-Economics"ə verilən məlumata görə, vətəndaşların rahatlığı üçün hesablanmış layihələrin icrsaı nəticəsində son 2 il ərzində təkcə Sabunçu rayonunda ümumi uzunluqları 25.6 km olan 3 qəsəbələrarası avtomobil yolu yenidən qurularaq istifadəyə verilib. Bu, Maştağa-Bilgəh, Ramana-Maştağa və Sabunçu-Ramana avtomobil yollarıdır
Bakı şəhərində avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq cari ildə Sabunçu rayonunda ümumi uzunluqları 18.7 km olan daha 3 qəsəbələrarası avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub ki, artıq onlardan birində işlərə start verilib. Söhbət 8.3 km uzunluğa malik Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması layihəsindən gedir.
Uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayan yolun hərəkət hissəsində deformasiyalar və dağılmalar yaranıb. Bu isə sözügedən yol ilə hərəkət edən vətəndaşlarımızın haqlı narazılığına səbəb olurdu. Üstəlik yolun ensiz olması və piyadalar üçün səkilərin olmaması hərəkət iştirakçıları üçün problemlərə səbəb olurdu. Məhz bu üzdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Maştağa-Nardaran yolunu bu il yenidən qurulması nəzərdə tutulan qəsəbələrarası avtomobil yollarının siyahısına salıb.
Yenidənqurma layihəsinə uyğun olaraq yol eni 6-7 metrdən 12 metrə qədər genişləndirilir. Vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu ərazidən asılı olaraq müxtəlif ölçülərə malik yeni piyada səkiləri inşa edilir, kənarlarına isə səki daşları düzülür.
Genişləndirmə işləri zamanı yolun yararsız qruntu qazılaraq çıxarılır, əks dolğu aparılmaqla yeni yol yatağı, həmçinin yol əsası inşa edilir. Yol boyu köhnə yeraltı kommunikasiya xətləri kənarlaşdırılır. Yolun hərəkət hissəsi hazır olan hissələrə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri də aparılır. Ümumilikdə yolun hərəkət hissəsinin eni genişlənmədən sonra ortalama 12 metr nəzərə alınmaqla 100 min kv.m sahəyə yüksək keyfiyyətli asfalt örtük salınacaq.
Texnoloji ardıcıllıqla və tərtib olunmuş qrafiklə aparılan tikinti işləri yekunlaşdıqdan sonra yol boyu zəruri yol nişanlarının və məlumatverici lövhələrin quraşdırlması, piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.
Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması 3 qəsəbənin 60 mindən çox əhalisinin rahat gediş-gəlişini təmin etməklə, onların Maştağa-Buzovna və Bilgəh-Pirşağı avtomobil yollarına rahat çıxış əldə etməsinə imkan yaradacaq.
Tikinti-quruculuq işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında mövcud tikinti norma və qaydalarına uyğun yüksək keyfiyyətlə və sürətlə aparılır. Bunun üçün ərazidə lazımi sayda qüvvə toplanıb.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info