Sabirabadın Yolçubəyli kəndinə ilk dəfə təbii qaz verilib
Tarix: 17.02.2018 | Saat: 18:02:00 | E-mail | Çapa göndər



Sabirabad rayonunun Yolçubəyli kəndi ilk dəfə “mavi yanacaq”la təmin edilib.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində birlik tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir. Bu məqsədlə, fevralın 17-də Sabirabad rayonunun Yolçubəyli kəndinə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olub. Tədbirdə “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və ictimaiyyət nümayəndələri iştirak edib.
Bildirilib ki, ümumilikdə 795 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 70 min 710 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirdə çıxış edən “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev bu əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb.
Qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Prezident İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən birliyin baş direktoru bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Çıxış edən ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Yaşayış məntəqəsinə təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırıldıqdan sonra, “Azəriqaz” İB-nin baş direktoru yaxınlıqdakı evlərdən birinin mətbəxində olub, ev sahiblərini təbrik edib, əhalinin qazla davranış və təhlükəsizlik qaydaları üzrə maarifləndirilməsi işləri ilə maraqlanıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Prezident İlham Əliyev Milli Gimnastika arenasında yarışlara baxıb
22.09.2018
Neftin qiyməti bahalaşır
22.09.2018
Ermənistan atəşkəs rejimini 112 dəfə pozub
21.09.2018
Cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
21.09.2018
“Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi düzəlişlər etməlidir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info