“Ermənistan ABŞ-a xəbər verməlidir: siz silah verin, biz də Rusiyadan almayaq”
Tarix: 18.02.2018 | Saat: 03:25:00 | E-mail | Çapa göndər


Amerika Kəşfiyyatı "Qlobal təhlükəsizliyə qarşı təhdidlər haqqında” hesabat hazırlayıb. Hesabatda Daglıq Qarabağda da genişmiqyaslı hərbi əməliyyatların başlaya biləcəyi ehtimalı yer alıb.
Təbii ki, bu erməniləri daha da vahimələndirib. Erməni Strateji və Milli Araşdırmalar Mərkəzinin direktoru Manvel Sarkisyan bu mövzu ilə bağlı “Lragir” saytının suallarını cavablandırıb. Adətən belə hesabatlardan sonra Azərbaycanın göstərəcəyi hər hansı bir reaksiyanı önə çəkən Sarkisyan belə məsələləri Amerika üçün çox kiçik bir "məsələ" kimi dəyərləndirir. Bununla belə o münaqişənin mövcud olduğu müddətdə müharibə təhlükəsinin də qaldığını istisna etmir. Erməni siyasətçi hesabatda yer alan “Rusiyanın öz müttəfiqi Ermənistanı dəstəkləməyə məcbur edəcəyi halda vəziyyət pisləşə bilər” cümləsini son dərəcə vacib məsələ kimi qeyd edir. Sarkisyana görə, ABŞ bunula sanki Rusiyaya siyasi mesaj göndərir: “Daha doğrusu, bunu Rusiyaya təziq etmək kimi də dəyərləndirmək olar, yəni bununla ABŞ Rusiyaya “sabah sənə də müəyyən məcburi addımlar atmaq lazım gələcək” deyir. Məhz buna görə də, bu bəyanat cari regional hadisələr fonunda diqqət çəkir.

Haşiyə çıxaraq bildirək ki, Azərbaycan Prezidenti İlham Əliyevin hakim partiyanın fevralın 15-də keçirilən VI gurultayında səsləndirdiyi fikirlər düşmən ölkəqə şok yaşadıb. Belə ki, gurultaydakı çıxışı zamanı Azərbaycan Prezidenti, bir daha ,Azərbaycan torpaqlarında ikinci saxta erməni dövləti yaratmaga imkan verməyəcəyini bildirib. Bununla yanaşı, Prezidentin qədim Azərbaycan torpaqları İrəvan, Zəngəzur barədə səsləndirdiyi fikirlər erməniləri yaman qorxudub.

Maraqlıdır ki, sayt əməkdaşı Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryanın bir müddət bundan əvəl vəziyyətin, həqiqətən, partlayış həddinə çatdığı barədə dediklərini Sarkisyana xatirladaraq bunların reallıga nə dərəcədə uyğun olub-olmadığını soruşur. Erməni ekspert: “Bəli, bu istisna deyil. Vəziyyət, həqiqətən, partlayış həddindədir, çünki regional mövzular həqiqətdən uzaqdırlar, İndiki halda xaricdən hər hansı bir təkan partlayışa səbəb ola bilər. Ancaq indi ABŞ açıq şəkildə Rusiyadan danışır, ABŞ açıq şəkildə prosesə daxil olmaqla rəqiblərini “sarsıdır”. Azərbaycanda bunu artıq başa düşərək bəzi addımlar atıblar, Amma Ermənistan yenə də masa altında girməklə məşguldur. Doğrudur, ABŞ-ın Rusiya hərbi sənaye kompleksi ilə əməliyyatlara dair sanksiyaların olma ehtimalını, bir növ Ermənistan hökumətinə xəbərdarlıq kimi də dəyərləndirə bilərik. Əgər bu ciddi olsa, Ermənistan öz mövqeyini işləyib hazırlamalı və ABŞ-a Ermənistan öz paytaxtını təhdid edən Azırbaycandan qorumaq üçün Rusiyadan silah almağa məcbur olduğunu bəyan etməlidir. Əgər Vaşinqton bizə silah, yüksək texnologiya verərsə, biz Rusiyadan heç bir silah almayacağıq” -deyə Manvel Sarkisyan bildirir. Budur, “erməni sədaqəti”. Onlar üçün dostluq, sədaqət o qədər də böyük önəm kəsb etmir. Manvel Sarkisyan erməni rəhbərliyini masa altına girməkdə ittiham edir, mənsə...
Ağasəf Babayev






 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Misir-Azərbaycan Dostluq parkında ulu öndər yad edilib
12.12.2018
“Heydər Əliyev və Özbəkistan”
12.12.2018
“Ermənistandakı seçkilər Moskvanın maraqlarına böyük zərbə vurdu”
12.12.2018
İnsan haqları müdafiəçisi: “Ermənistan polisi mediaya təzyiq edir“
12.12.2018
Polşanın “sarı jiletlər“i yolu bağladı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 ВЕЛИКИЕ В ИСТОРИИ. Гейдар Алиев – человек с большим сердцем. Воспоминания бывшего мэра Москвы Юрия Лужкова


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info