Azərbaycanın təşəbbüsü ilə daha bir regional format yaranır
Tarix: 19.02.2018 | Saat: 15:27:00 | E-mail | Çapa göndər


Azərbaycanın təşəbbüsü və iştirakı ilə daha bir regional format yaranır.
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev AZƏRTAC-a məxsusi açıqlamasında bildirib ki, martın 6-da Bakıda Azərbaycan-Türkiyə-Ukrayna formatının yaradılması ilə bağlı ilk siyasi məsləhətləşmələr keçiriləcək.
Siyasi məsləhətləşmələrdə iştirak etmək üçün Ukrayna xarici işlər nazirinin müavini Vasiliya Bodnarın və Türkiyə xarici işlər nazirinin müavini Ümid Yalçının rəhbərlik etdikləri nümayəndə heyətləri Azərbaycana səfər edəcəklər. Siyasi məsləhətləşmələrdə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.
“Yeni formatın yaranması bir daha sübut edir ki, Azərbaycanın iştirakı olmadan regional, beynəlxalq layihələr gerçəkləşdirilmir”, - deyə səfir vurğulayıb.
Diplomat qeyd edib ki, məsləhətləşmələr zamanı üç ölkə arasında siyasi, iqtisadi, enerji, humanitar əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı məsələləri müzakirə ediləcək. Bu formatda yeni nəqliyyat dəhlizləri vasitəsilə yükdaşımaların, Xəzər və Qara dəniz hövzəsi ilə enerji resurslarının daşınmasının uğurla həyata keçirilməsi məsələləri müzakirə ediləcək.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info