“Xocalı 613” adlı klassik musiqi gecəsi keçiriləcək
Tarix: 19.02.2018 | Saat: 11:38:00 | E-mail | Çapa göndər


Fevralın 26-da Heydər Əliyev Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Xocalı 613” adlı klassik musiqi gecəsi keçiriləcək.
Mərkəzdən bildiriblər ki, konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının klassik əsərləri, eləcə də fransız bəstəkar Pyer Tiloyun “Xocalı 613” simfonik poeması təqdim olunacaq.
Musiqi gecəsində Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.
Qeyd edək ki, Pyer Tiloyun “Xocalı 613” simfonik poeması Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdiyi soyqırımı zamanı qətlə yetirilmiş 613 mülki azərbaycanlının xatirəsinə həsr olunub.
Əsər qərb klassik musiqisi və “Laçın”, “Sarı gəlin” mahnıları da daxil olmaqla Azərbaycan xalq musiqilərini özündə birləşdirir, marş ritmləri, əsgər yürüşü və pulemyot atəşi səslərinin sintezi ilə Xocalı faciəsinin dəhşətlərini çatdırır. “Xocalı 613” simfonik poeması sülhə və Xocalı qətliamı kimi faciələrin bir daha törədilməməsinə çağırış ifadə edir.
Əsərin premyerası 2013-cü il fevralın 21-də Parisdə keçirilib. Daha sonra London, Müluz, Strasburq, Ruan, Kolmar, Brüssel, Afina, Vilnüs, Bern, Cenevrə, Dublin və Oslo şəhərlərində təqdim olunub.
Heydər Əliyev Mərkəzindəki konsert proqramında, həmçinin görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Qara Qarayevin “Matəm odası”, “Don Kixot” simfonik qravürlərindən “Səyahət” fraqmenti, amerikalı bəstəkar Samuel Barberin “Adajio” əsərləri səslənəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.06.2018
Cəfər Cabbarlı haqqında kitab təqdim olunacaq
22.06.2018
Azərbaycan və özbək dillərində çap olunan kitabın Daşkənddə təqdimatı keçirilib
21.06.2018
Azərbaycan klassik musiqisi ilk dəfə uzaq Nigeriyada
21.06.2018
“ƏSA” teatrından möhtəşəm premyera – “Paris partladı”
20.06.2018
Şeirin insan ruhuna təsiri əvəzsizdir

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9439

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info