ADTGT Avropa Parlamentinə etiraz edib
Tarix: 19.02.2018 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Avropa Parlamentində planlaşdırılan erməni yalanlarına və Dağlıq Qarabağ mövzusunda saxta tədbirlərə etirazla bağlı Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) bəyanat yayıb: “Xalqların demokratik siyasi iradəsini və onların maraqlarını ifadə etməli olan Avropa Parlamentinin və onun bəzi üzvlərinin hərəkətləri, o cümlədən, suveren dövlətin ərazi hüquqlarına hörmətsizliyi, münaqişə tərəfləri arasında açıq tərəf saxlamağı, erməni lobbi təşkilatlarının maliyyə dəstəyi ilə Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi və həqiqətləri haqda təhrif olunmuş, saxta informasiyalar əsasında qeyri-konstruktiv addımlar atması nəinki qurumun, ümumilikdə Avropa ədaləti adına bir zərbə və utancdır. Avropa Parlamentinin və onun erməni lobbi qruplarının əlində vasitəyə çevrilən bir neçə deputatının son qərəzli və birtərəfli addımları, Avropanın ayrılmaz bir hissəsi olan Azərbaycanın vətəndaş cəmiyyəti sferasının, o cümlədən, geniş tələbə və gənclər təbəqəsini öz ətrafında birləşdirən, 23 ildən artıq QHT sektorunda fəaliyyət göstərən, Avropa Şurasının “Avropanın Fəal Gənc Vətəndaşı” Mükafatına layiq görülən Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) ciddi etirazına səbəb olmuşdur.
Beləki, 2018-ci ilin yanvar ayında Avropa Parlamentinin İsveçdən seçilən üzvü Lars Peter Adaktusson (Avropa Xalq Partiyasını təmsil edir) Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionuna səfər etməsi və işğal ərazilərimizdə qanunsuz yaradılmış və fəaliyyət göstərən qondarma rejimin təmsilçiləri ilə görüşlər keçirməsi bizlərdə təəssüf hissləri yaradır. Bu azmış kimi 27 fevral 2018-ci ildə cənab Adaktussonun Fransadan deputat seçilən həmkarı xanım Mişel Rivasi (Avropa Yaşıllarını təmsil edir) ilə birgə Avropa Parlamentində erməni diaspor və lobbi təşkilatlarının – Armenian Legal Center for Justice and Human Rights və European Armenian Federation for Justice and Democracy-nin sponsorluğu ilə Dağlıq Qarabağla bağlı birtərəfli, həqiqətdən uzaq məlumatlarla tədbir keçirmək niyyətləri də Avropa dəyərlərinə, qarşılıqlı dialoq və fikir mübadiləsi prinsipinə tam ziddiyət təşkil edir. Eləcədə 28 fevral 2018-ci ildə Avropa Parlamentinin binasında bu qurumun Lüksemburqdan olan üzvü Frank Engelin (Avropa Xalq Partiyasının üzvü olan bu tərəfli şəxs uydurma “erməni soyqırımına” beynəlxalq səviyyədə dəstək verdiyinə görə Ermənistanın ali dövlət mükafatı olan Mxtiar Goç ordeninə layiq görülüb) təşkilatçılığı ilə “Dağlıq Qarabağ və Avropa İttifaqı: 1988-2018” mövzusunda qərəzli bir tədbirin keçirilməsi də planlaşdırılır ki, bu tədbirə də erməni lobbi qrupları olan – The Armenian General Benevolent Union və European Friends of Armenia adlı təşkilatlar sponsorluq edirlər.
Bütün bu addımlar bir daha onu göstərir ki, Avropa Parlamentinin üzvləri olan, bu tərəfli deputatlar tətəfindən təşkil olunacaq və erməni lobbi qurumları tərəfindən sponsorluq ediləcək tədbirlər Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi və həqiqətləri barədə yenidən Avropa ictimaiyyətini və siyasi dairələrini aldatmaq, ölkəmizin haqlı, ədaləti mövqeyinə əks olaraq yalan, saxta məlumatlarla beynəlxalq və regional təşkilatların çağırışlarına qarşı çıxmaqdır. Bu tədbirlərə cəhd etməklə, erməni lobbi və sponsor qruplarının dəstəyi ilə hərəkət edən Avropa Parlamentinin adıçəkilən üzvləri təmsil etdikləri bu mötəbər siyasi qurumun da adına ləkə gətirmiş olurlar və bütün Avropa qarşısında sadiq olacaqlarına and içdikləri prinsiplərə xəyanət etdiklərini ortaya qoyurlar.
Erməni yalanlarına, uydurma, saxta informasiyalarına meydan açan Avropa Parlamenti və onun üzvləri təəssüflər olsun ki, bu yaxınlarda 26-cı ildönümü qeyd olunacaq, XX yüzilliyin sonunda Avropa məkanında etnik təmizləmə ilə 100-lərlə günahsız azərbaycanlı dinc sakinin kütləvi şəkildə qətlə yetirildiyi 26 fevral – Xocalı Soyqırımına hələ də biganə qalaraq, bu barədə nəinki hər hansı bir qərar qəbul etmiş, adi bir açıqlama ilə belə çıxış etməmişdir.
Azərbaycan QHT-ı olaraq sizlərə müraciət edərək, ADTGT-nin Avropa Parlamentində bəzi ermənipərəst deputatlar (Lars Peter Adaktusson, Mişel Rivasi və Frank Engel) tərəfindən və erməni lobbi qruplarının sponsorluğu ilə planlaşdırılan, Azərbaycana qarş, qərəzli, birtərəfli, ədalətsiz və saxta informasiyalarla nəzərdə tutulan tədbirlərə etirazını çatdırır və bu tədbirləri qurumun adına xələl gətirən, işğalçı, azərbaycanlılara qarşı etnik təmizləmə aparan Ermənistan rejiminə siyasi və mənəvi dəstək kimi qiymətləndiririk”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
Prezident Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisinə 30 milyon manat ayırıb
11.12.2018
İnanılmaz kampaniyanın bitməsinə 15 gün qaldı
11.12.2018
Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqi məsələləri, Azərbaycanda İnzibati hüquq mövzusunda seminar-təlim keçirilib
11.12.2018
Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb
11.12.2018
“Gömrük xidməti əməkdaşları iqtisadi təhlükəsizliyin qorunmasına məsul şəxslərdir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
5 “Özümü qərib ölkədə hiss etmədim”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info