BAFTA kino mükafatı qaliblərinin adları açıqlanıb
Tarix: 19.02.2018 | Saat: 13:00:00 | E-mail | Çapa göndər


Londonda BAFTA - Britaniya Film və Televiziya Sənətləri Akademiyası mükafatlarının təqdimetmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mükafatların sayına görə “Ebbinq sərhədində üç bilbord, Missuri" liderdir. Ekran işi “Ən yaxşı film”, “Ən yaxşı Britaniya filmi”, “Ən yaxşı orijinal ssenari” nominasiyalarında qalib elan edilib. Aktrisa Frensis MakDormand filmdəki roluna görə “Ən yaxşı qadın rolu” nominasiyasının qalibi olub. “Ən yaxşı kişi rolu” nominasiyasının qalibi isə “Qaranlıq zamanlar” filminin baş rol ifaçısı Heri Oldman seçilib.
İkinci yerdə üç mükafatla "Suyun şəkli" qərarlaşıb. “Ən yaxşı rejissor” nominasiyasında “Suyun şəkli” filminə görə Gilyermo del Toro qalib elan olunub. Ekran işi, həmçinin “Filmə ən yaxşı musiqi” və “Ən yaxşı dekorasiya görə” mükafat qazanıb.
Üçüncü və dördüncü yerlər isə hərəyə iki mükafatı olan “Ülgüc üzərində qaçış 2049” və “Qaranlıq zamanlar” ekran əsərlərinə məxsusdur.
“Xarici dildə ən yaxşı film” nominasiyasında Koreya Respublikasının istehsalı olan "Qulluqçu", “Ən yaxşı animasiya filmi”nə "Kokonun sirri", “Ən yaxşı montaj” işinə görə isə “Sükan arxasında körpə” layiq görülüb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.06.2018
Süni intellekt divar içərisindən insanları müəyyənləşdirəcək
13.06.2018
Zərərli məzmunu bloklamaq mümkün olacaq
13.06.2018
İdman təzyiq və diabet kimi xəstəliklərin yaranmasının qarşısını alır
10.06.2018
Dünya çempionatına traktorla
08.06.2018
İlansancma zamanı ilk tibbi yardım

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Yaponiyada Azərbaycanın biznes mühiti ilə bağlı seminar keçiriləcək
2 Qazın qiyməti artdı, Paşinyan batdı..
3 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
4 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
5 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info