Yerkökü şəkərli diabet zamanı istifadə edilir
Tarix: 19.02.2018 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Yerkökü ən faydalı meyvəköklərindən sayılır, hələ eramızdan əvvəl III əsrdə onun əkilib-becərilməsinə dair məlumatlar var. Antik tibbin atası hesab olunan Hippokratın və Şərqin məşhur təbibi İbn Sinanın əlyazmalarında da bitki haqqında məlumatlara rast gəlmək mümkündür. Qədim zamanlarda istifadə edilən yerkökü sarı, ağ və bənövşəyi rəngdə olub. Ondan daha çox ətirli yarpaqları və toxumlarına görə istifadə edilib. Sonralar Hollandiyada mədəni sortların seleksiyası zamanı əldə edilən narıncı rəngli yerkökü daha şirin və yeməli olduğundan geniş şəkildə becərilməyə başlanılıb. 1991-ci ildə Avropa Şurasında yerkökü meyvə olaraq qəbul edilib.
AZƏRTAC tibbi saytlara istinadən xəbər verir ki, meyvəyə narıncı rəng verən beta-karotin vaxtından qabaq qocalmanın qarşısını alır, immun sistemini möhkəmləndirir və orqanizmə müsbət təsir göstərir. Beta-karotin tərkibinə görə yalnız şirin bibərdən geri qalan yerkökü dadına görə onu qat-qat üstələyir.
Artıq çəkinin qarşısını almaqda vacib rol oynayan yod və sellüloza yerkökünün tərkibində çoxluq təşkil edir. Yerkökü ilə qidalanmazdan əvvəl səliqə ilə yuyub xüsusi bıçaqla təmizləmək lazımdır. Bitkinin üst qatında faydalı maddələr toplandığına görə onun qabığını nazik soyanda həmin maddələr itkiyə getmir. Cavan yerkökünü soymadan, axar su altında şotka ilə tərtəmiz yuyandan sonra istifadə etmək daha yaxşıdır.
Boy və iştahaartırıcı təsirlərinə görə yerkökü uşaqların qidalanmasında əhəmiyyətli rol oynayır. Tərkibində 12 faiz şəkər olduğuna görə yerkökü meyvələri şirin dada malikdir, buna baxmayaraq şəkərli diabet zamanı da istifadə edilir. Lakin onun şirəsini içməkdənsə çiy halda yemək daha faydalıdır, çünki çiy halda bitki lifləri şəkərin sorulmasını zəiflədir. Minerallar və vitaminlərlə zəngin olduğuna görə yerkökü şirəsi süd verən analarda südün gündəlik miqdarını artırır, onun keyfiyyətini yaxşılaşdırır.
Həddindən artıq istifadə ediləndə yağda həll olan karotin maddəsi dərialtı piy qatında toplanaraq dərinin rəngini saralda bilər. Qaraciyər xəstəliyindən fərqli olaraq bu zaman gözün ağlı qişası saralmır və qanda bilirubinin miqdarı normal olur. Həmin vaxt yerkökündən istifadə edilməsini azaltmaq və bir müddət dayandırmaq lazımdır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Alkoqol dünyada hər il 3 milyon insanın həyatına son qoyur
18.09.2018
Aya uçacaq ilk turist o oldu - 42 yaşlı milyarder kimdir?
17.09.2018
Britaniyalı alimlər “ağıllı şalvar“ hazırlayıblar
13.09.2018
Dayver köpək balığını hipnoz edib
13.09.2018
Banan yeməklə siqaret asılılığından xilas olmaq mümkündür

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info