“Virtual Məkanda Azərbaycan” layihəsinin ilk təlimi baş tutub
Tarix: 19.02.2018 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


Fevralın 18-də Gənclər və İdman Nazirliyinin dəstəyi , "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə “Virtual Məkanda Azərbaycan” layihəsinin ilk təlimi baş tutub. Əməkdar jurnalist Ləman Əliəşrəfqızı gənclərə araşdırma texnologiyasından, araşdırma sisteminin işləmə mexanizmindən, araşdırmada cavab axtarılan suallardan və sənədli filmlərin hazırlanma metodologiyasından təlim keçib.
Həmçinin təlim zamanı “Sərdar” sənədli filmi nümayiş olunub və iştirakçılara film haqqında, aşdırma işi film çəkilən zaman nə qədər müddət alıb, hansı mərhələlərdən keçib kimim məsələlər çatdırılıb.
Birliyin mətbuat xidmətindən bildirilib ki, araşdırmanı peşəkarcasına öyrənmək lazımdır ki, Azərbaycan həqiqətlərini faktlara əsaslanaraq beynəlxalq auditoriyaya daha yaxşı çatdırmaq mümkün olsun.
Layihənin məqsədi Azərbaycan həqiqətlərini virtual məkan vasitəsi ilə bütün dünyaya çatdırmaqdır. Layihədə "Araşdırma texnologiyası”, "Vikipediya təlimləri”, "Sosial şəbəkələrdən səmərəli istifadə”, "Məqalənin düzgün yazılma qaydaları”, "Təlimçilər üçün təlim” kimi maraqlı mövzularda peşəkarların təcrübəsindən yararlanan gənclər, ölkənin müxtəlif regionlarında (Quba, Lənkəran, Şəki, Gəncə, Mingəçevir) və ali təhsil müəssisələrində görüşlər təşkil edəcək, əldə etdikləri informasiyaları region gəncləri ilə bölüşəcəklər. Daha sonra layihə komandası və multiplayer komandalarının qarşılıqlı fəaliyyəti şəklində seçilmiş istiqamətlərdə mütəmadi olaraq Azərbaycan dili və bir neçə xarici dildə araşdırmalar aparılacaq, məqalələr yazılacaqdır. Həmçinin, əldə olunan məlumat bazaları vikipedia, twitter və digər sosial şəbəkələrdə yerləşdiriləcək, öz təsdiqini tapmayan informasiyalar yenilənəcəkdir.  İRƏLİ Vikipediya Qrupu azerbaijanhistory.az saytının strukturunun hazırlanması və zənginləşdirilməsi ilə məşğul olacaqlar. Azərbaycan həqiqətləri, mədəniyyəti, tarixi, incəsənətinin istər ölkədaxili, istərsə də beynəlxalq sferada geniş oxucu kütləsinə sahib olaraq dünyaya çatdırılması layihənin ana məqsədidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
11.12.2018
Azərbaycanın UNICEF-lə tərəfdaşlığının 25 illiyinə və uşaqlara həsr olunmuş xüsusi poçt markası nəşr edilib
11.12.2018
İnsan alverinə qarşı mübarizəyə dair məsələlər müzakirə edilib
11.12.2018
Qafqaz Müsəlmanları İdarəsində ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib
11.12.2018
“Bakcell” daha bir iri məşğulluq sərgisinə qatılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
5 “Özümü qərib ölkədə hiss etmədim”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info