Azərbaycanda 281 mindən çox yeni iş yeri açılıb
Tarix: 19.02.2018 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 01 yanvar 2014-cü ildən 01 yanvar 2018-ci il tarixinə qədər olan dövr ərzində ümumilikdə 721,2 min olmaqla 530,4 min daimi iş yeri yaradılıb.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2017-ci il ərzində ölkədə 281,4 min yeni, o cümlədən 179,3 min daimi iş yeri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 61%-i qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 24,4%-i Bakı şəhərinin, 0,9%-i Naxçıvan Muxtar Respublikasının, 74,7%-i regionların, o cümlədən 34,1%-i Aran, 10,2%-i Gəncə-Qazax, 10,1%-i Lənkəran, 5,4%-i Abşeron, 5,3%-i Yuxarı Qarabağ, 3,4%-i Şəki-Zaqatala, 3%-i Quba-Xaçmaz, 2,9%-i Dağlıq Şirvan, 0,3%-i isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.
 
Daimi iş yerlərinin 10,3%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 14,3%-i mövcud müəssisə və təşkilatlarda, 1,2%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 74,2%-i isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.
 
Hüquqi şəxslər tərəfindən yaradılmış daimi iş yerlərinin 22,2%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 21,3%-i tikinti, 10,7%-i emal sənayesi, 7,9%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 5,4%-i digər sahələrdə xidmətlərin göstərilməsi, 4,2%-i peşə, elmi və texniki fəaliyyət, 3,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 14%-i isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.
 
Bununla yanaşı, 2017-ci il ərzində ölkədə 47,6 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 81,6%-i qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 70,1%-i fərdi sahibkarlıq subyektlərinin, 12,1%-i müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 17,8%-i isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019
Türkiyədə ev alan azərbaycanlıların sayı artıb
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info