Sabahdan Bayılda yaşayan 67 ailəyə kirayə haqları veriləcək
Tarix: 19.02.2018 | Saat: 13:49:00 | E-mail | Çapa göndər


"Bayıl yamacındakı sürüşmə zonasında ilkin olaraq sənədlərini təqdim edən 67 ailəyə kirayə haqqı sabahdan ödəniləcək. Bu məbləğ ailə tərkibindən asılı olacaq”.
Bunu Bayıl yamacında yaşayan sakinlərlə görüş zamanı Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. RİH başçısı bildirib ki, kirayə haqqının məbləği minimum 260 manat təşkil edir: "Kirayə haqları, dağılmış 4 evin sahibinə veriləcək kompensasiyalar Nazirlər Kabinetinin normativ qərarı əsasında müəyyənləşdirilir. Kirayə haqları almaq üçün banklarda hesab açılacaq, vətəndaşlar şəxsiyyət vəsiqələrini təqdim etməklə həmin vəsaiti əldə edə biləcəklər. Hesab edirəm ki, kompensasiyanın məbləği normativlərə uyğundur”.
E. Əzizov qeyd edib ki, Bayıl yamacında təhlükəli zonada 98 ev yerləşir: "Onların 90 faizi 2000-ci illərə qədər tikilib. Həmin 98 evdən yalnız birinin sənədi var. Bütün məsələlər nəzarətdədir. Hər şey mütəxəssislərin rəyindən asılı olacaq. Elə ərazilər var ki, ordan sakinlər köçürülməlidir. Elə ərazilər də var ki, narahatlığa əsas yoxdur. Ərazi ilə bağlı qərar mütəxəssislərin rəyindən sonra veriləcək".
E. Əzizov sakinlərin hansı müddətdə kirayədə yaşayacaqlarının da mütəxəssis rəyindən sonra bilinəcəyini açıqlayıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.06.2018
Balakəndə yol tikintisinə vəsait ayrıldı
22.06.2018
Cənub Qaz Dəhlizi bütün Avrasiya uçun qlobal önəm daşıyır
21.06.2018
Həmvətənimiz Almaniyanın tibb üzrə ali elmi dərəcəsinə layiq görülüb
21.06.2018
“Bakı-Tbilisi-Qars dəmir yolu Əfqanıstanı Avropa ilə birləşdirən ən qısa və münasib yoldur”
21.06.2018
Azərbaycan rəqəmli bazarların uyğunlaşdırılmasına dair plenar iclasda təmsil olunub

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9440

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info