Dünyanın tanınmış PR mütəxəssisləri Bakıda təqdimat ediblər
Tarix: 19.02.2018 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


Bakıda birinci Beynəlxalq İctimaiyyətlə Əlaqələr Yaradıcılığı Forumu keçirilib. Forum PRoloq İnkişaf Mərkəzinin təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Qlobal Karyera İnstitutunun dəstəyi ilə təşkil edilib.
Yerli mütəxəssislərlə yanaşı, dünyaca məşhur PR kapitanlarının da iştirak etdikləri forumun açılışında PRoloq İnkişaf Mərkəzinin təsisçisi Orxan Həsənoğlu, “PRoloq” onlayn jurnalının baş redaktoru Arzu Soltan, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Beynəlxalq PR Assosiasiyasının (IPRA) prezidenti Bart de Vries, Girnə və Kipr Amerikan universitetlərinin qurucusu Serhat Akpınar, Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış ediblər.
Müasir dövrdə PR-da müəyyən yeniliklərin olduğunu deyən çıxışçılar qeyd ediblər ki, forum yeni işgüzar münasibətlərin formalaşdırılmasına töhfə verəcək. Dövlət qurumları və cəmiyyətin müxtəlif sektorlar arasında təmasların qurulması dövrümüzün prioritet məsələlərindəndir. Müasir dövrdə cəmiyyətdə mühüm yerlərdən birini tutan ictimaiyyətlə əlaqələr sektoru Azərbaycanda da inkişaf edir. Forumun məqsədi ictimaiyyətlə əlaqələr sahəsində çalışanları yaradıcı təcrübələrlə tanış etməkdir.
Beynəlxalq İctimaiyyətlə Əlaqələr Yaradıcılığı Forumunda xarici mütəxəssislərin təcrübəsinin öyrənildiyini bildirən çıxışçılar Azərbaycanda ictimaiyyətlə əlaqələr sahəsinin inkişafı üçün böyük imkanların olduğunu qeyd ediblər. Onlar PR vasitəsilə milli dəyərlərin təbliğ edildiyini də diqqətə çatdırıblar.
İki gün davam edən Birinci Beynəlxalq PR Yaradıcılığı Forumunda ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Yaponiya, Almaniya, Bolqarıstan, Qazaxıstan, Misir və başqa ölkələrdən mütəxəssislər təqdimatlar eddiblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Kitob dunyasi” qəzetində Maqsud Şeyxzadə haqqında məqalə dərc edilib
11.12.2018
İstanbulda “İrəvan - gizlədilmiş həqiqətlər” filminin təqdimatı olub
10.12.2018
“Çarəsiz sərnişinlər” tamaşasının məşqlərinə start verilib
10.12.2018
Tural Turanın şeirlər kitabının imza günü keçiriləcək
10.12.2018
Azərbaycan ifaçısı Riqa musiqi festivalının Qran-pri mükafatına layiq görülüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info