Süni intellekt zəlzələ aşkarlayıb
Tarix: 19.02.2018 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


Harvard Universiteti və Massaçusets Texnologiya İnstitutunun tədqiqatçılar qrupu zəlzələlərin qeydə alınması zamanı süni intellektdən istifadə üsulunu kəşf edib.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, “ConvNetQuake” adlanan yeni süni intellekt sistemi zəlzələlərin aşkarlanması üçün hazırlanan ilk neyron şəbəkəsidir. Xüsusi alqoritm seysmoqramların qiymətləndirilməsi (torpaq dəyişikliyi qeydləri) vasitəsilə seysmik aktivliyin sadəcə “səs” və ya həqiqi zəlzələ olmasını müəyyənləşdirə bilir. Zəif zəlzələləri “səsə” görə qeydə almaq çətin olsa da, “ConvNetQuake” sisteminin belə fərqləndirməni edə bilməsi qeyd edilir.
Məlumata görə, tədqiqatçılar tərəfindən neyroşəbəkənin təlimi üçün Oklahomanın seysmoaktivlik məlumatlarından istifadə edilib. Məlum olub ki, sistem “Oklahoma Geological Survey” Dövlət Agentliyinin zəlzələlər kataloqunda göstərilən zəlzələlərdən 17 dəfə çox zəlzələ aşkarlayıb.
Lakin bununla yanaşı, qeyd olunur ki, “ConvNetQuake” sistemi digər metodları üstələməsinə baxmayaraq zəlzələləri proqnozlaşdıra bilmir və yalnız onları qeydə alır.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Rusiyanın ən yaşlı sakini öldü
21.01.2019
Böyük Britaniya şahzadəsi cəzalandırıla bilər
21.01.2019
Tibdə möcüzələr: Qadın 50 il qarnında uşaq daşıyıb
20.01.2019
Daşkənddə dəyəri milyon dollardan çox olan qədim xəzinə tapılıb
20.01.2019
Dünyanın ən yaşlı kişisi vəfat edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info