Azərbaycanlı rəssamın yaradıcılığı London Moda Həftəsində
Tarix: 19.02.2018 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


Azərbaycanlı rəssamın əsərləri Leoni Mergenin moda konsepsiyası çərçivəsində təqdim olunub.
Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri Arif Əzizin qeyri-adi və unikal yaradıcılıq üslubu gənc alman modelyer Leoni Mergenin diqqətini çəkərək 2018 London Moda Həftəsində nümayiş etdirilmiş kolleksiyasında öz əksini tapıb. Bu kolleksiya modelyerin 2017-ci ildə Berlin və London moda həftələrində nümayiş etdirilmiş və tənqidçilər tərəfindən bəyənilmiş “Qarabağ Kolleksiyası”ndan sonra ərsəyə gətirilən sayca ikinci layihəsidir. Qeyd edək ki, hər iki layihə TEAS-ın təşkilatçılığı ilə həyata keçirilib.
“Arif Əziz Buraxılışı” kimi tanınan bu yeni kolleksiya başlanğıc nöqtəsini rəssamın “Bəyaz Dövrü”ndən götürür. Bu, 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyinin bərqərar olunduğu dövrdə başlayıb. Daha sonra böyük rəssamın realizmdən irəli gələn obyektiv reallığın təsvirindən impuls alan ritmlər və rənglərlə gözəllik yaradaraq getdikcə əksinə - mistik və subyektiv reallığa keçidini əks etdirir.
Rəssam üçün bütün rənglərin sintezi olan ağ rəng paklığın rəmzi, varlığın sevincindən irəli gələn qeyri-ixtiyari işıq, təbiət və insan vəhdəti olaraq müxtəlif dərəcələrdə əhəmiyyət daşıyır. Bu dövr həmçinin, Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra “təmizlənmə” və “ağardılmaya” incə lirik formada ifadə olunmuş bir işarədir.
Qeyd edək ki, alman modelyeri Leoni Mergenin 2018 London Moda Həftəsində podiuma çıxarılmış “Arif Əziz Buraxılışı” adlı kolleksiyası haqqında xəbər “Euronews” kanalının portalında da yer alıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Azərbaycanın milli musiqi alətləri Fransa muzeyinə hədiyyə edilib
23.09.2018
Ceyms Bond haqqında növbəti filmi yapon əsilli kinorejissor çəkəcək
23.09.2018
Anna Netrebko və Yusif Eyvazov Mayamidə çıxış edəcəklər
22.09.2018
Heydər Əliyev Sarayında “Broadway Story” tamaşasının premyerası olub
22.09.2018
Musiqili Teatr yeni mövsümü açıq elan edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info