“Regional Əməkdaşlığın Müvəffəqiyyət Örnəyi: Bakı-Tbilisi-Qars dəmir yolu`` adlı forum keçiriləcək
Tarix: 19.02.2018 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


Fevralın 22-də Ankara Qatar Qarı - Ankara Hoteldə "Regional Əməkdaşlığın Müvəffəqiyyət Örnəyi: Bakı-Tbilisi-Qars dəmir yolu``adlı forum həyata keçiriləcək. Türkiyə Cümhuriyyəti nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Aslanın iştirakı ilə gerçəkləşmiş olacaq forum Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasya) və Azərbaycan Respublikası Ankara səfirliyi ilə birgə təşkil edilir. İkitərəfli danışıq halında həyata keçiriləcək olan Bakı-Tbilisi-Qars Dəmiryolunun bölgə ölkələrinə iqtisadi, ictimai və mədəni qatqılarının izah ediləcəyi forumda Azərbaycan, Gürcüstan və Çin Xalq Respublikası Ankara səfirləri ilə birlikdə millət vəkilləri, alimlər eyni zamanda, Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyinin səlahiyyətli nümayəndələri də iştirak edəcək. ``Dəmir İpək Yolu`` olaraq adlandırılan ``Bakı-Tbilisi-Qars`` dəmiryolunun açılışı Türkiyə Cümhuriyyəti prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Respublikası prezidenti İlham Əliyev, Gürcüstan baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstan baş naziri Bakıtcan Saqintayev və Özbəkistan baş naziri Abdulla Aripovun iştirakı ilə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 30 oktyabr 2017-ci il tarixində beynəlxalq bir mərasimlə reallaşdırılmışdı. Enerji sahəsində ``Bakı-Tbilisi-Ceyhan" və ``Bakı-Tiflis-Ərzurum`` layihələrindən sonra Türkiyə, Azərbaycan və Gürcüstan arasında reallaşdırılmış üçüncü böyük layihə olan ``Bakı-Tbilisi-Qars`` dəmir yolu layihəsi regional əməkdaşlığın ən əhəmiyyətli göstəricilərindən biri olaraq hal-hazırda diqqət mərkəzindədir. Qeyd edək ki, Asiya, Avropa və Afrikanı bir-birinə bağlayan bu layihə, bir çox sahədə iqtisadi inkişafla birlikdə, Türkiyə və Türk respublikaları nəqliyyat şəbəkələrini bir-birinə bağlayan yeni və təsirli bir güc mənbəyi olmaqla bərabər, bölgənin ticari, siyasi və mədəni əlaqələrinin daha da gücləndirilməsində, həmçinin regionda Çin sərmayələrinin bölgəyə yatırılmasında əhəmiyyətli rol oynayacaq.




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Ermənistanda qazın qiyməti artacaq
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info