“İş yerinə dair arayış” e-xidmətinə 861,6 min müraciət qeydə alınıb
Tarix: 19.02.2018 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


2018-ci ilin yanvar ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İş yerinə dair arayış” elektron xidmətinə əvvəlki aya (yəni 2017-ci ilin dekabr ayına) nisbətən 5 faiz çox olmaqla 43445 dəfə müraciət olunub.
“İş yerinə dair arayış” e-xidmətinə müraciətlərin hər ay çoxalması bu e-xidmətin ölkədə kağız arayışların elektron arayışlarla əvəzlənməsində rolunun və vətəndaşların həmin e-xidmətə marağının getdikcə artmasını göstərir. Bu, eyni zamanda, müvafiq hallarda iş yerləri barədə arayışların elektron qaydada əldə edilməsinə, aidiyyəti qurumlarda isə qeyd olunan arayışların elektron formada qəbul olunmasına üstünlük verilməsinin təzahürüdür.
Digər tərəfdən, “İş yerinə dair arayış” e-xidmətinin vətəndaşlar üçün daha əlçatan olması və ondan istifadənin texniki prosedurunun sadəliyi də həmin e-xidmətdən faydalanmağa marağın artmasını şərtləndirir. Belə ki, “Elektron hökumət” portalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan xidmətlər siyahısından “İş yerinə dair arayış” xidməti seçildikdən sonra ekranda əks olunan müvafiq menyulardan “Yeni arayış” menyusu seçilir. Bundan sonra isə istifadəçi qüvvədə olan əmək müqaviləsi bildirişi (və ya bildirişlərindən biri) üzrə iş yerinə dair arayışını formalaşdırır.
Üç ildən çoxdur ki, fəaliyyət göstərən “İş yerinə dair arayış” e-xidmətinə müraciətlərin sayı istifadəyə verildiyi ilk aylarla müqayisədə 4 dəfədən də çox artıb. Ümumilikdə isə indiyədək bu e-xidmətə 861,6 min müraciət qeydə alınıb. “E-hökumət” portalındakı “Arayışlar” bölməsində e-arayış xidmətlərinə yönələn müraciətlərin 50 faizə qədəri “İş yerinə dair arayış” e-xidmətinin payına düşür.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Ağsuda zəlzələdən zərər çəkən 11 ev yenidən tikilir
25.03.2019
Süd və süd məhsulları alarkən diqqətli olun
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info