Armenianreport”: “Ermənistan tezliklə iflas təhlükəsi ilə qarşılaşacaq”
Tarix: 19.02.2018 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


“Son illərdə Ermənistanın xarici borcu artmaqda, əhalinin yaşayış səviyyəsi isə aşağı düşməkdə davam edir”

“Səmərəsizlik və laqeydliklə yanaşı, bu gün biz aydın şəkildə korrupsiyanın təzahürləri ilə məşğuluq və təbii ki, bunlar ölkəyə 7.7 faiz iqtisadi artıma gətirib çıxara bilməz”. Bu fikirlər “Armenianreport” saytında təqdim edilən məqalədə yer alıb. Sayt yazır ki, Serj Sərkisyanın hakimiyyətdə olduğu on il ərzində Ermənistanın xarici borcu iki milyard dollardan yeddi milyard dollara yüksəlib. Ölkənin xarici borcunun kəskin şəkildə artması xüsusilə, Karen Karapetyanın baş nazir olduğ dövrə təsadüf edir. Vəziyyətdən çıxmağa çalışan hökumət 2016-2017-ci illərdə 1 milyard 696 milyon dollar vergi toplaya biliblər. Məhz bu dövrdən Ermənistanda bahalıq tüğyan etməkdədir. Ermənistan rəsmiləri bildiri ki, həmin dövrdən ölkədəki qiymətlər 2,6 faizdən çox artmayıb. Amma parlamentdəki "Zaman" fraksiyasının rəhbəri Nikol Paşinyan Vergi Məcəlləsinə düzəlişlər haqqında qanun layihəsinin müzakirəsi zamanı hökumətin aşqıladığı rəqəmlərin həqiqətə uyğun olmadığını və qiymət artımının 21,9 faiz olduğunu bildirib. Sayt yazır: “Son illərdə Ermənistanın xarici borcu artmaqda, əhalinin yaşayış səviyyəsi isə aşağı düşməkdə davam edir. Maraqlısı odur ki, bunun cavabını tapmaqda Dünya Bankının ekspert hesabatları da acizdir. Əgər 2008-ci ildə Ermənistanda adambaşına düşən ÜDM 4010 dollar təşkil edirdisə, 2016-cı ildə bu rəqəm 3614 dollar olub. Ekspertlərin hesablamalarına görə, bugünkü iqtisadi artım tempi ilə, hətta 2019-cu ildə belə, Ermənistan on il əvvəlki səviyyəyə çata bilməyəcək. Ermənistan dövlətinin götürdüyü borcun effektiv şəkildə istifadə etdiyini söyləmək, təbii ki, doğru olmazdı. Etiraf edilməlidir ki, bu gün dövlət rəsmilərinin əksəriyyəti açıq-aydın korrupsiya ilə məşğul olurlar. Beynəlxalq ekspertlərə görə, hər il Ermənistandan təqribən 900 milyon dollar qanunsuz olaraq çıxarılır. Bir müddət əvvəl ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin söylədiyi “Qarabağ münaqişəsinin həll edilməməsi Ermənistanda korrupsiya yaradır” fikirlərində də böyük həqiqət var. Bu gün Ermənistanda bundan yararlanmağa çalışan dövlət rəsmiləri kifayət qədərdir. Ermənistanın iqtisadi vəziyyəti borcu qaytarmağa imkan vermir. Hətta yalan məlumatlarda qeyd edilən rəqəmlər belə vəziyyəti dəyişmir. Məsələn, 2020-ci ildə Ermənistan 736 milyon dollar borc ödəməlidir. Deməli, hökumət vergi siyasətini sərtləşdirmək məcburiyyətində qalacaq. Ermənistanın ilk prezidenti olmuş Levon Ter-Petrosyan 2016-cı ilin sonunda bildirmişidi ki, ölkə tezliklə iflas təhlükəsi ilə qarşılaşacaq. Həmin ərəfədə hökumət nümayəndələri Ter-Petrosyana etiraz etdilər. Lakin belə görünür ki, həmin bu proqnoz özünü doğrultmaqdadır”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.06.2018
Putin Paşinyanı alçaldıb
16.06.2018
Paşinyan rus təhdidləri ilə Avropa “imkanları” arasında qalıb
16.06.2018
“Jamanak“: “Paşinyan istefa verəcək”
14.06.2018
Paşinyan hökumətində ilk çatlar
14.06.2018
Paşinyanın təyinatı ermənilərdə hiddət doğurdu

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Yaponiyada Azərbaycanın biznes mühiti ilə bağlı seminar keçiriləcək
2 Qazın qiyməti artdı, Paşinyan batdı..
3 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
4 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
5 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info