Suriya savaşında enerji faktoru: “Türk axını”na təhlükə var?
Tarix: 20.02.2018 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Hərbi ekspert, tarix elmləri doktoru Vladimir Popov:
“Həmin qüvvələr Suriyanın şərqində olan neft-qaz aktivlərini Bəşər Əsədə vermək istəmir”

Suriyada baş verən son olaylar böyük güclərin mübarizəsinin daha da kəskinləşdiyini ortaya qoyur. Afrində həyata keçirdiyi əməliyyatları davam etdirən Türkiyə, digər tərəfdən də İdlibdə 7-ci nəzarət məntəqəsini qurduğunu elan edib. Amma bəzi hadisələr bağlı qapılar arxasında müəyyən müzakirələr getdiyini təsdiqləyir. Xüsusilə ABŞ prezidentinin təhlükəsizlik üzrə köməkçisinin Ankaraya səfərindən sonra iki dövlətin müdafiə nazirləri arasında Brüsseldə görüşün keçirilməsi Vaşinqton-Ankara xəttində müəyyən razılaşma əldə olunması ehtimalını artırır.
Bundan sonra ABŞ dövlət katibinin Ankaraya səfər etməsi Qərb mediasında iki dövlət arasında Suriya ilə bağlı müəyyən razılaşma əldə olunması ilə bağlı xəbərlərin yayılmasına səbəb olub. Bu məlumatların nə qədər doğru olduğunu yaxın günlərdə biləcəyik. Amma Bəşər Əsədə tabe olan qüvvələrlə YPG arasında razılaşma əldə edildiyi və hökumət qüvvələrinin Afrinə daxil olacağı ilə bağlı xəbərlərin yayılması Rusiyanın müəyyən proseslərdən narahat olmasına işarədir. Çünki Rusiyanın razılığı olmadan Əsədə tabe qüvvələr bu gün Türkiyənin əməliyyat apardığı Afrinə daxil ola bilməz. Hökumət qüvvələrinin Fırat çayının sağ sahilində, Deyr-az-Zorda möhkəmlənmək istəyi, hələ ki, alınmayıb. ABŞ aviasiyasının həmin əraziləri bombalaması nəticəsində Əsədə tabe qüvvələrin və Rusiyanın Vaqner Fərdi Şirkətinin muzdlu döyüşçülərinin çoxlu üzvü həlak olub. ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makkfol Münhen təhlükəsizlik konfransında çıxışı zamanı bildirib ki, Amerika ordusu hələ uzun müddət Suriyada qalacaq, ona görə də ruslarla toqquşma yenə də təkrarlana bilər. Təxminən oxşar mövqeni dövlət katibi Tillerson da səsləndirib. O qeyd edib ki, ABŞ 2 min nəfərlik kontingenti Suriya ərazisində “müddətsiz” yerləşdirəcək. ABŞ Vaqnerin muzdlularını bombalamaqla göstərir ki, Rusiyanın müdafiə etdiyi Əsəd hakimiyyətdə olduğu müddət ərzində enerji aktivləri olan zonalar onlara verilməyəcək. Hələlik Rusiya ölən muzdlu ruslarla bağlı bir qədər sakit mövqe ortaya qoyur. Bəzi ekspertlər bunu Rusiyada seçki dövrü ilə əlaqələndirirlər. Çünki mediada ölən rus muzdlularının sayının 100-dən çox olduğu deyilir. Jirinovski bu rəqəmin 300 olduğunu deyib. “Nezavisimaya qazeta” yazır ki, ötən şənbə Moskvada ümumrusiya zabitlər toplantısı keçirilib və orada kuluarlarda əsas müzakirə mövzusu ABŞ bombardmanı nəticəsində öldürülən Vaqner döyüşçüləri olub. Öldürülənlər bir dəqiqəlik sükutla yad edilib, xəstəxanalara gətirilən yaralılar ziyarət edilib. Rusiyanın xarici işlər naziri Lavrov “Valday” klubunda çıxışı zamanı ABŞ-ı odla oynamaqda ittiham edib. Belə şərtlər altında Türkiyənin Afrin əməliyyatı və İdlibdə nəzarət məntəqəsi yaratması Suriya ilə bağlı proseslərdə mühüm yer tutmağa başlayıb. Çünki Qərb mediası hansısa ABŞ-Türkiyə razılaşmasından bəhs edir. Menbiçdə türk-amerikan əsgərlərinin birgə yerləşməsi ilə bağlı müəyyən razılığın əldə olunduğu iddia edilir. Hələlik tərəflərdən heç biri bunu təsdiqləməyib. Amma bağlı qapılar arxasında gedən danışıqlarda müəyyən razılaşma olması istisna deyil. Bu məsələ ilə bağlı ilk görüşün martda keçirilməsi gözlənilir. Hərbi ekspert, tarix elmləri doktoru Vladimir Popov “Nezavisimaya qazeta”ya açıqlamasında maraqlı məqama toxunub: “Həmin qüvvələr Suriyanın şərqində olan neft-qaz aktivlərini Bəşər Əsədə vermək istəmirlər. Türk-Amerikan razılaşması həmin ərazilərdən enerji resurslarının Türkiyəyə, oradan isə Avropaya ixracı üçün münasib şərait yaradır. Bu isə “Türk axını” layihəsini lazımsız edir. Məsələ ondadır ki, Rusiya qoşunlarının Suriyada yerləşməsinin gizli motivlərindən biri də elə həmin layihədir”. Maraqlıdır ki, Rusiyanın xarici işlər naziri Lavrov da dünən Serbiyanın BETA agentliyinə müsahibəsində “Türk axını” layihəsinə toxunub. Lavrov deyib ki, bu layihə Balkan ölkələrinin Rusiya qazı alması imkanlarını daha da artırmaq üçün vacibdir: “Biz türklərlə birlikdə Balkan ölkələrinin Rusiya qazı alması imkanlarını artırmaq üçün çalışırıq. Biz “Türk axını” layihəsinin aktiv şəkildə reallaşdırırıq və bunu açıq edirik”. O, Balkan ölkələrinin “marağını” nəzərə alaraq layihə ilə bağlı istənilən qərarı qəbul etməyə hazır olduqlarını da deyib.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Azərbaycan хalqının başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında ardıcıl tədbirlər həyata keçirilir”
07.12.2018
İnformasiya müharibəsində Azərbaycan gənclərinin uguru
06.12.2018
Milanda ATƏT Parlament Assambleyasının Büro iclası keçirilib
05.12.2018
“Lazerev klubu” MDB çərçivəsində əlaqələrin inkişafına zərbə vurur
04.12.2018
“Ermənistan tərəfi danışıqlar prosesini ləngitmə taktikasını həyata keçirməyə çalışır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info