Rusiya ilə enerji mübadiləsi artırılacaq
Tarix: 19.02.2018 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


Nazirlər Rusiya-Azərbaycan-Gürcüstan-Rusiya elektroenergetik həlqəsinin yaradılmasında maraqlarını ifadə edərək, üçtərəfli formatda görüşün zəruriliyini vurğulayıblar

Energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyasının energetika naziri Aleksandr Novakın dəvəti ilə bu ölkəyə səfər edib. Energetika Nazirliyindən verilən məlumata görə, iki ölkənin energetika nazirlərinin görüşündə enerji sektorunda əhəmiyyət daşıyan bir sıra aktual mövzular, qlobal enerji bazarında müşahidə edilən yeni proseslər və regional əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə dair məsələlər müzakirə edilib.
Söhbət zamanı Azərbaycan-Rusiya əməkdaşlığının yüksələn xətt üzrə inkişafının enerji sahəsini də əhatə etdiyi vurğulanıb. P. Şahbazov hər iki ölkənin paralel iş rejimində fəaliyyət göstərən enerji sistemlərinin enerji dəhlizinin formalaşdırılması üçün imkanlara malik olduğunu deyib. Onun sözlərinə görə, enerji mübadiləsinin həcminin və keyfiyyətinin artırılması istiqamətində son illər görülən işlər elektrik enerjisi sahəsində əməkdaşlığın yeni mərhələyə daxil olmasına şərait yaradır. Görüşdə iki ölkə arasında enerji mübadiləsinin artırılması və “Şimal-Cənub enerji dəhlizi”nin yaradılmasında vacib rol oynayan Rusiya və Azərbaycan enerji sistemləri arasında “Yaşma-Dərbənd” dövlətlərarası ikinci HEVX-nin tikintisi ilə bağlı müzakirələr aparılıb. Yaxın vaxtlarda İşçi Qrupunun iclasının keçirilməsi barədə razılıq əldə olunub. Bundan başqa, “Samur” çayının hidroenergetik resurslarının kompleks şəkildə öyrənilməsi və Su Elektrik Stansiyasının inşası perspektivi də nəzərdən keçirilib. Hər iki tərəf, həmçinin Rusiya-Azərbaycan-Gürcüstan-Rusiya elektroenergetik həlqəsinin yaradılmasında maraqlarını ifadə edərək, üçtərəfli formatda görüşün zəruriliyini vurğulayıblar. Görüşdə neft-qaz sahəsində “Lukoyl”, “Qazprom” və “Rosneft” kimi şirkətlərin timsalında uğurlu əməkdaşlıq əlaqələrinə də diqqət yönəlib. OPEC çərçivəsində əməkdaşlığın nəticələrindən bəhs edilib. Bildirilib ki, dünya neft bazarında hazırda müşahidə edilən tələb-təklif tarazlığı və qiymət sabitliyinin yaranmasında OPEC+ Anlaşması effektli olub. Sabitləşməni qorumaq üçün neft hasilatının azaldılması prosesi davam etdirilməlidir. Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) hasilatın azaldılmasına dair OPEC+ anlaşmasına qoşulmuş ölkələrlə davamlı əməkdaşlıq mexanizmi üzərində çalışması da neft bazarında qiymət sabitliyinin möhkəmlənməsinə xidmət edir. Səfər çərçivəsində P. Şahbazov Rusiyanın vahid enerji sistemində mərkəzləşdirilmiş operativ-dispetçer idarəetməsini həyata keçirən “Vahid Enerji Sisteminin Sistem Operatoru” SC-nin işi ilə tanış olub. Səhmdar Cəmiyyətin sədri Boris Ayuyevlə görüşdə Rusiyanın elektroenergetika sisteminin hazırkı vəziyyəti, elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanmasında yeni innovasiyaların tətbiqi, modernləşmə tədbirləri ilə bağlı müzakirələr aparılıb. Rusiya-Gürcüstan- Azərbaycan-Rusiya elektrik enerjisi şəbəkələrinin əlaqəli şəkildə idarə olunması, MDB Elektroenergetika Şurası çərçivəsində həyata keçirilməsi, Şuranın növbəti toplantısında iştirak və iki ölkə arasında rabitə kanallarının təkmilləşdirilməsinə dair fikir mübadiləsi aparılıb. P. Şahbazov alternativ və bərpa olunan enerji mənbələrinin sistemə qoşulmasına dair Sistem Operatorunun təcrübəsi ilə də maraqlanıb. İki ölkə arasında müvafiq sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün təkliflər irəli sürüb.

Enerji sahəsində qabaqcıl təcrübə öyrənilir
Energetika nazirinin daha bir ikitərəfli görüşü "Bazar şurası qeyri-kommersiya tərəfdaşlığı" Assosiasiyasının sədri Maksim Bıstrovla olub.
Görüşdə elektrik enerjisinin topdansatış bazarının subyektləri sayılan alıcı və satıcıların üzvlük əsasında birliyi kimi təsis olunan Assosiasiyanın fəaliyyəti, Rusiyanın elektroenergetika sistemində bazar münasibətlərinin tənzimlənməsində rolu və islahatların həyata keçirilməsində təcrübəsindən bəhs edilib. P. Şahbazov ölkəmizin elektroenergetika sektorunda davamlı islahatların aparıldığını və bu istiqamətdə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqinin vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, hər iki ölkənin enerji sistemləri arasındakı uyğunluqları nəzərə alaraq Rusiyanın elektrik enerjisi bazarında yeni çağırışlara müvafiq tətbiq edilən mexanizm Azərbaycan üçün maraqlı nümunələrdəndir.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
18.06.2018
Laçınlı məcburi köçkünlər 1 tondan çox barama təhvil veriblər
18.06.2018
Beş ayda ümumi daxili məhsul 1,1 faiz artıb
17.06.2018
Daşkəsən rayonunda 2 min hektardan çox sahədə yazlıq bitkilər əkilib
16.06.2018
Bu il Azərbaycandan Gürcüstana 7 mln. dollardan çox pul köçürülüb
14.06.2018
Ağcabədidə aqropark yaradılır

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Yaponiyada Azərbaycanın biznes mühiti ilə bağlı seminar keçiriləcək
2 Qazın qiyməti artdı, Paşinyan batdı..
3 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
4 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
5 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info