Seçici siyahıları martın 3-dək hazır olacaq
Tarix: 20.02.2018 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 2018-ci il 17 fevral tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib. Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən bildiriblər ki, sonra ölkə üzrə seçicilərin daimi siyahısının tərtibinə dair məsələyə baxılıb. Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası üzrə 2018-ci ilin daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsinin cari ilin martın 3-dək başa çatdırılması qərara alınıb. Komissiyanın iclasında, həmçinin 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi özü tərəfindən irəli sürülmüş Ramazan Ələkbər oğlu Bəkirovun namizədliyinin irəli sürülməsi təsdiq olunub. MSK sədri Məzahir Pənahov bildirib ki, bu günə qədər prezident seçkilərini müşahidə etmək istəyən 24 müşahidəçi qeydiyyata alınıb. Bu müşahidəçilərin 9-u öz təşəbbüsü ilə müşahidəçi olub, qalanları isə QHT təmsilçisidir. Beynəlxalq təşkilatların, xarici ölkələrin diplomatik nümayəndəliklərinin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Prezident İlham Əliyev Milli Gimnastika arenasında yarışlara baxıb
22.09.2018
Neftin qiyməti bahalaşır
22.09.2018
Ermənistan atəşkəs rejimini 112 dəfə pozub
21.09.2018
Cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
21.09.2018
“Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi düzəlişlər etməlidir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info