“Dəb ikonası” adlı seminar keçiriləcək
Tarix: 20.02.2018 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Mərkəzində rusiyalı dəb mütəxəssisi Natalya Tolkunovanın təqdimatında “Dəb ikonası” adlı seminar keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, martın 12,13,14-də keçiriləcək seminar üç mühazirədən ibarət olacaq.
Seminar hazırda Mərkəzdə nümayiş olunan “Modernizm və Moda” sərgisi çərçivəsində təşkil edilir. Qeyd edək ki, 1960-cı illərin dəb nümunələrinin təqdim edildiyi bu sərgi Aleksey Vasilyev Fondunun kolleksiyası əsasında hazırlanıb.
“Dəb ikonası” seminarı moda aləminin liderləri ilə tanışlıq imkanı yaradır. Seminarda iştirak ödənişlidir. Bir mühazirə biletinin qiyməti 15 AZN, ümumilikdə üç gün üçün bilet isə 30 AZN-dir.
Biletləri Heydər Əliyev Mərkəzinin kassasından və yaxud saytından (www.heydaraliyevcenter.az) onlayn əldə etmək olar.
Seminar iştirakçıları Heydər Əliyev Mərkəzində nümayiş olunan “Modernizm və Moda” sərgisi ilə ödənişsiz tanış olmaq imkanı da əldə edəcəklər.
Martın 12-də təşkil olunacaq birinci seminarda iştirakçılar “Yüksək dəb ikonaları” mövzusunda mühazirəni dinləyəcəklər. Mühazirə zamanı cəmiyyətdə tutduqları mövqe, böyük nüfuz və zövqlərinə görə dəbi diktə edən və heç bir zaman modanın zirvəsindən enməyən qadınlar haqqında məlumat veriləcək.
XX əsrin ortalarının dəb ikonalarının geyim tərzi bir daha sübut edir ki, zəriflik, kübarlıq yaşa baxmır. Məqsədyönlülük və güclü xarakterləri sayəsində qarşıya qoyduqları bütün vəzifələrə nail ola bilən bu qadınların qeyri-adi taleləri bu gün də nümunə sayıla bilər.
Martın 13-də təşkil ediləcək növbəti seminar “Kino və moda: kino ulduzlarının geyim tərzi” mövzusuna həsr olunub. Mühazirə çərçivəsində Qreta Qarbo, Marlen Ditrix, Odri Hepbern, Qreys Kelli kimi məşhur aktrisaların dünyalarına maraqlı səyahət olacaq. Onların moda aləminə, geyim üslubuna etdikləri təsirin təhlili aparılacaq.
Yüz ildən çox müddət ərzində kinematoqrafiya ən güclü moda diktəçisi, yayıcısı olub. Ona görə də kino ulduzlarının şəxsi geyim üslublarının zəmanələrinin estetikasına təsiri, onların yaratdıqları surətlərin bu günədək aktuallığını itirməməsi böyük əhəmiyyət kəsb edir.
Martın 14-də təqdim olunacaq sonuncu mühazirə “Müasir dəbdə 1960-cı illərin ənənəsi”nə həsr edilib. Mühazirədə 1960-cı illərin dəbi, onun bugünkü moda trendlərinə təsiri və müasir modelyerlərin istifadə etdikləri keçmiş üslublar haqda məlumat veriləcək.
1960-cı illər dəb tarixində əsrin birinci yarısının estetikasına yekun vuran və gələcəyə yol açan inqilabi yeniliklər dövrü oldu. 1960-cı illərin dəbində xüsusi dinamizm və incəlik var idi.
Mühazirələr Heydər Əliyev Mərkəzində saat 19.00-da başlayacaq.
Qeyd edək ki, Natalya Tolkunova jurnalist və tərcüməçidir, Moskva Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olur, moda tarixçisi Aleksandr Vasilyevin rəhbərlik etdiyi “Moda nəzəriyyəsi və sənayesi” proqramı üçün “Moda jurnallarının tarixi”, “Kino və moda”, “Dəb ikonaları” mövzularında mühazirələr oxuyur. “Doroqoy” və “Sur la Terre” jurnallarında redaktor vəzifəsində çalışıb. “50-ci illər: kuturyelərin sonuncu istehkamı” adlı kitabın müəllifidir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Ağsuda zəlzələdən zərər çəkən 11 ev yenidən tikilir
25.03.2019
Süd və süd məhsulları alarkən diqqətli olun
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info