Məcburi köçkün ailələrinin Tərtərdəki yeni şəhərciyə köçürülməsinə başlanılıb
Tarix: 20.02.2018 | Saat: 18:34:00 | E-mail | Çapa göndər


Tərtərdə 1170 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə inşa olunan yeni məcburi köçkün şəhərciyinə məcburi köçkün ailələrin köçürülməsinə start verilib. Yeni yaşayış massivinə təhsil müəssisələrində və yol kənarlarındakı tikililərdə yaşayan Kəlbəcər, Ağdam, Laçın, Ağdərə və digər rayonların sakinləri köçürülür.
Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi köçürülmə prosesinə cəlb olunan yük maşınlarının xərcini bu dəfə də öz üzərinə götürüb. Məcburi köçkün ailələrinin yaşayacağı şəhərcikdə 34 ədəd 4 mərtəbə bina inşa olunub. Bunlardan 120 ədəd 1 otaqlı, 504 ədəd 2 otaqlı, 472 ədəd 3 otaqlı və 80 ədəd 4 otaqlı mənzildir. Şəhərcikdə 1200 yerlik məktəb binası, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, klub-icma mərkəzi, həkim məntəqəsi və inzibati bina inşa olunub. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan 237 tələbənin təhsil xərclərini ödəyəcək
13.12.2018
“Görkəmli idman nümayəndələrimizə 25 mənzil veriləcək”
13.12.2018
145 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib
13.12.2018
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin islahatları təqdirəlayiqdir”
13.12.2018
3038 vərəsəyə birdəfəlik ödəniş həyata keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info