SOCAR-ın təqaüd proqramları gənclərə əlverişli imkanlar yaradır
Tarix: 20.02.2018 | Saat: 21:46:00 | E-mail | Çapa göndər


Fevralın 20-də Azərbaycan Texniki Universitetində (AzTU) SOCAR-ın daxili təqaüd proqramının təqdimatı olub.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə AzTU-nun prorektoru, professor İsa Xəlilov SOCAR-ın gənclərlə bağlı reallaşdırdığı layihələrin üstünlüklərindən və əhəmiyyətindən danışıb, tələbələrə bu cür layihələrdə fəallıq göstərməyi tövsiyə edib. Diqqətə çatdırılıb ki, SOCAR-ın müntəzəm olaraq həyata keçirdiyi bu proqramlar gənclərə uğurlu karyera qurmaq üçün əlverişli imkan yaradır.
İ.Xəlilov Prezident İlham Əliyevin gənclərlə bağlı dövlət proqramlarına uyğun olaraq SOCAR-ın gənclərə qayğı məqsədilə həyata keçirdiyi təqaüd layihələrinə görə şirkət rəhbərliyinə minnətdarlığını bildirib.
SOCAR-ın insan resursları departamentinin nümayəndəsi Qoşqar Qurbanlı təmsil etdiyi qurumun həyata keçirdiyi daxili təqaüd proqramı, Yay məktəbi layihəsi və ödənişli yay təcrübəsi proqramı haqqında ətraflı məlumat verib. Vurğulanıb ki, daxili təqaüd proqramının həyata keçirilməsinin məqsədi istedadlı gənc neftçi mütəxəssislər yetişdirmək, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirməkdir. Proqramın şərtləri və müraciət qaydaları haqqında ətraflı məlumat verən Q.Qurbanlı bildirib ki, SOCAR-ın AzTU-da təhsil alan yüksəkixtisaslı kadrlara ehtiyacı var.
Diqqətə çatdırılıb ki, təqaüd müsabiqələrinin qalibləri, həmçinin yaxşı nəticə göstərən tələbələr gələcəkdə SOCAR-a işə qəbul zamanı müsabiqədənkənar işlə təmin olunurlar.
Sonda tələbələrin sualları cavablandırılıb.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
09.12.2018
Ümummilli lider Heydər Əliyevin xatirəsi Səudiyyə Ərəbistanında anılıb
08.12.2018
Ermənistan atəşkəs rejimini 28 dəfə pozub
08.12.2018
Neft hasilatının azaldılması sazişi üzrə İran, Liviya və Venesuelaya güzəştə gedilib
07.12.2018
Avtomobildə külli miqdarda pirotexniki vasitələr aşkarlanıb
07.12.2018
Səyyar “ASAN Kommunal” Bilgəhdə

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info