“Bu ilin “AXC İli” elan edilməsi cümhuriyyət tarixinin öyrənilməsi baxımından əhəmiyyətlidir”
Tarix: 20.02.2018 | Saat: 20:50:00 | E-mail | Çapa göndər


İsa Həbibbəyli: “AXC yalnız Azərbaycanın deyil, türk dünyasının, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biridir”

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) İctimai Elmlər Bölməsinin və Elm Tarixi İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti: tarixi retrospektivlik və müasirlik” mövzusunda elmi konfrans keçirilib. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbirin Prezidentin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına əsasən təşkil olunduğunu söyləyib. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yubileyinin bu gün müstəqil Azərbaycan Respublikasında dövlət, eləcə də beynəlxalq və türk dünyası səviyyələrində qeyd edildiyi vurğulanıb. AMEA-da bununla bağlı beynəlxalq konfransların təşkil olunduğunu bildirən akademik AXC ilə bağlı silsilə tədbirlərin ilboyu keçiriləcəyini deyib. Akademik İ.Həbibəyli AXC dövründə baş verən proseslərdən, elm, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirilən islahat və quruculuq işlərindən danışıb. Vurğulanıb ki, AXC-nin tarixinə münasibət heç də hər zaman birmənalı olmayıb. Belə ki, keçmiş sovet hakimiyyəti illərində cümhuriyyətin tarixi təhrif edilib, vacib məqamlar gizlədilib, tarix saxtalaşdırılıb. 1991-ci ildə müstəqilliyimizin bərpasından sonra cümhuriyyət tarixi ilə bağlı faktlar açıqlanıb, arxiv materialları aşkarlanıb və həqiqətlər ictimaiyyətə çatdırılıb. 1998-ci ilin yanvarında ulu öndər Heydər Əliyevin AXC-nin yaranmasının 80-ci ildönümü ilə əlaqədar imzaladığı sərəncam bu işlərə güclü təkan və doğru istiqamət verib. “Bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi cümhuriyyət tarixinin öyrənilməsi baxımından əhəmiyyətlidir”, – deyən İ.Həbibbəyli AXC-nin yalnız Azərbaycanın deyil, türk dünyasının, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biri olduğunu vurğulayıb. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin qədim tarixi köklərə bağlı olduğunu söyləyib və bu münasibətlərin müasir dövrdə dövlət başçıları tərəfindən uğurla davam etdirildiyini bildirib. Diqqətə çatdırılıb ki, müasir dövrdə Prezidentlər İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğanın səmimi dostluğu və qardaşlığı sayəsində ölkələrimiz sürətlə inkişaf etməkdədir. Türkiyə dövlətinin qurucusu, qazi Mustafa Kamal Atatürk və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tarixi xidmətləri əsrlərboyu xalqlarımız tərəfindən ehtiramla yad olunacaq. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan səfir ölkələrimizin və xalqlarımızın hər zamankı kimi bu gün də bir-birinin yanında olduğunu söyləyib. Bildirilib ki, Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun və Azərbaycan Korpusunun Bakının erməni-bolşevik işğalından azad edilməsində keçdikləri rəşadətli döyüş yolu hər iki ölkənin tarixi bağlarını yaşadan ortaq qəhrəmanlıq salnaməsidir. İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova yeni yaradılan Elm Tarixi İnstitutunun fəaliyyətini yüksək dəyərləndirib, bu elm müəssisəsinin AMEA-da keçirilən müxtəlif tədbir və konfranslarda fəal iştirak etdiyini söyləyib.
Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli “Azərbaycan təhsilində tarixi varislik” mövzusunda məruzə ilə çıxış edib. O, AXC hökumətinin təhsil siyasəti, təhsil almaq üçün xarici ölkələrə göndərilən gənclər haqqında məlumat verib. AXC dövründə baş verən proseslərdən, elm, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirilən islahat və quruculuq işlərindən danışıb. M.Seyidbəyli AXC dövrünün təhsil siyasəti ilə ümummilli lider Heydər Əliyevin təhsil siyasəti arasında tarixi varisliyi faktlarla diqqətə çatdırıb. Bildirilib ki, Ulu Öndər hakimiyyətə gəldiyi ilk illərdən AXC-nin ənənələrinə uyğun olaraq təhsil və elm siyasətini daha da genişləndirib və inkişaf etdirib. Bu gün həmin siyasət dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilir. Konfrans məruzə və çıxışlarla davam edib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.06.2018
Maykl Aksvörtinin “Nadir şah” əsərinin Azərbaycan dilində nəşrinin təqdimatı olub
22.06.2018
Azərbaycan Silahlı Qüvvələri Günü Londonda qeyd olunub
22.06.2018
ADPU-da “Erkən nikahlara yox!” mövzusunda sərgi keçirilib
22.06.2018
Taktiki-xüsusi təlim keçirilib
22.06.2018
Pansionatda kimsəsiz qocalar arasında idman yarışı təşkil edilib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9439

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info