TRT HABER: Xocalı soyqırımı heç vaxt unudulmayan bəşəri faciədir
Tarix: 21.02.2018 | Saat: 05:50:00 | E-mail | Çapa göndər


Türkiyənin TRT HABER televiziya kanalı fevralın 20-də axşam saatlarında Xocalı soyqırımı ilə bağlı “Anadolu soruşur” media platforması çərçivəsində geniş veriliş yayımlayıb.
AZƏRTAC xəbər verir ki, verilişin qonağı Azərbaycan Milli Məclisinin deputatı Elman Məmmədov olub. Xocalı faciəsindən bəhs edən teleaparıcı Sinan Burhan, eləcə də Prezident Rəcəb Tayyib Ərdoğanın fevralın 20-də bu soyqırımı barədə söylədiyi fikir və mülahizələr barədə tamaşaçılara məlumat verib. S.Burhan qeyd edib ki, Xocalı soyqırımı heç vaxt unudulmayan bəşəri faciədir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandallarının törətdikləri bu vəhşiliyin təfərrüatı, eləcə də Xocalı soyqırımının səbəb və məqsədləri barədə türkdilli tamaşaçılara müfəssəl məlumat verən Xocalının keçmiş icra başçısı Elman Məmmədov sonra “Kərkük” qəzetinin departament rəhbəri Aybəniz Kuzeçi, “Cay”TV-nin əməkdaşı Həsən Yavuz və “Yeni çağ” qəzetinin baş redaktoru, yazıçı-publisist Aqil Ələsgərin suallarını cavablandırıb.

Milli Məclisin deputatı təkzibolunmaz faktlarla əsaslandırıb ki, ermənilərin məqsədi Xocalı şəhərini işğal etmək yox, məhz azərbaycanlılara qarşı soyqırımı aktı törətmək olub və bunu da həyata keçiriblər. Çünki Xocalı coğrafi ərazisinə və infrastrukturuna görə Dağlıq Qarabağın strateji məntəqəsi hesab olunurdu. Digər tərəfdən isə yerli əhalinin türk və müsəlman olması soyqırımı yaradan başlıca səbəblərdən biri kimi izah edilib.
Prezident Rəcəb Tayyib Ərdoğanın Xocalı soyqırımı barədə fikirlərini yüksək dəyərləndirən Elman Məmmədov Ermənistanın qonşu dövlətlərə, o cümlədən Türkiyəyə qarşı əsasız ərazi iddiası, işğalçı ölkənin əhalisinin son dərəcə yoxsul bir vəziyyətdə olması, həmçinin bu ölkəni cinayətkarların idarə etməsinə dair faktları tamaşaçılarla bölüşüb. O diqqətə çatdırıb ki, saxta “Böyük Ermənistan” iddiasının yaratdığı xəstə təxəyyül Ermənistan dövlətini girdaba yuvarlayıb.
Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində təcavüzkar Ermənistan hazırda uğurla istifadə olunan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yollu, eləcə də perspektivdə olan TAP və TANAP kimi iqtisadi layihələrdən tam şəkildə təcrid olunub. Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri əsasında həyata keçirilən birgə layihələr iki doğma ölkənin gücünü davamlı olaraq yüksəldir.
Azərbaycan-Türkiyə diaspor təşkilatlarının gücünün birləşdirilməsi, iki qardaş ölkə arasında hərbi əlaqələrin daha da genişləndirilməsi, iş adamlarının qarşılıqlı fəaliyyətinin əhəmiyyəti və s. kimi məsələlər ətrafında fikir və mülahizələrini çatdıran E.Məmmədov sürətlə inkişaf edən Azərbaycan ordusunun peşəkarlığından, hərbçilərimizin ruh yüksəkliyindən bəhs edərək əminliklə qeyd edib ki, Azərbaycan işğal altındakı torpaqlarını azad etməyə yetərli gücə malikdir və xalqımız heç zaman işğal faktı ilə barışmayacaqdır.
Veriliş boyu Xocalı soyqırımının dəhşətlərini əks etdirən kadrlar nümayiş olunub.




 
Bölməyə aid digər xəbərlər
16.08.2018
Türkiyə iqtisadiyyatının güclü olması Almaniya üçün önəmlidir
18.06.2018
TANAP Azərbaycanın iqtisadi göstəricilərini möhkəmləndirəcək
13.03.2018
Braziliya mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalələr dərc olunub
05.03.2018
Kaliforniyada Xocalı qətliamının qurbanları anılıb
02.03.2018
“The Brussels Times” Xocalı soyqırımından yazır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10261

1 Vətən uzaqda deyil
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
5 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info