“Barselona“ və “Çelsi“ heç-heçə, “Bavariya“dan böyük hesablı qələbə
Tarix: 21.02.2018 | Saat: 05:54:00 | E-mail | Çapa göndər


Futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin növbəti oyunları keçirilib.
Günün mərkəzi görüşündə İngiltərə təmsilçisi “Çelsi” doğma meydanda İspaniyanın “Barselona” klubunu qəbul edib. İlk hissə qarşılıqlı hücum şəraitində keçsə də hesab açılmayıb. Fasilədən sonra meydan sahibləri hesabı açmağa nail ola biliblər. Matçın 62-ci dəqiqəsində Villian fərqlənib. "Barselona"nın bu qola cavabı çox gecikməyib. Oyunun 75-ci dəqiqəsində Lionel Messi hesabı bərabərləşdirib - 1:1. Qarşılaşma bu hesablada yekunlaşıb.
Günün digər oyununda isə Türkiyənin “Beşiktaş” klubu səfərdə Almaniyanın “Bavariya” komandasının qonağı olub. Matçın 16-cı dəqiqədə Domagoj Vida qırmızı vərəqə alaraq "Beşiktaş"ı azlıqda qoyub. Ev sahibləri isə istəklərinə ilk hissənin sonlarında nail ola biliblər. Görüşün 43-cü dəqiqəsində Tomas Muller hesabı açıb. Birinci hissə bu hesabla başa çatıb. Fasilədən sonra təzyiqi artıran meydan sahibləri matçın 53-cü dəqiqəsində Kingsley Comanın vurduğu qolla hesab arasındakı fərqi iki topa çatdırıb. Qarşılaşmanın 66-cı dəqiqəsində T.Muller dubl edib -3:0. Oyunun 79-cu dəqiqəsində Robert Levandovski topu qonaqların qapısından keçirib. Matçın 88-ci dəqiqəsində R.Levandovski özünün ikinci komandasının beşinci qoluna imza atıb.Qarşılaşma "Bavariya"nın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Mbappe İspaniyaya keçir?
22.03.2019
Avro-2020: Xorvatiya 2:1 Azərbaycan
21.03.2019
Avro-2020: seçmə mərhələnin ilk qolu vurulub
21.03.2019
ABŞ beysbolçusu ən bahalı müqaviləyə imza atıb
21.03.2019
Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info