Vyanada Anar Hüseynzadənin sərgisi açılıb
Tarix: 21.02.2018 | Saat: 11:40:00 | E-mail | Çapa göndər


Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində tanınmış azərbaycanlı rəssam Anar Hüseynzadənin əsərlərindən ibarət “Abşeron nağılı” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova qonaqlara rəssamın həyat və yaradıcılığı haqqında məlumat verib.
Qeyd edilib ki, hələ altı yaşından rəssamlığa meyl göstərən A. Hüseynzadə məktəblilər üçün dərnəklərdən başlayaraq rəngkarlıq sənəti ilə dərindən məşğul olmağa başlayıb və təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında davam etdirib.
İndiyədək rəssamın əsərlərinin dünyanın müxtəlif ölkələrində sərgiləndiyini və şəxsi kolleksiyalarda saxlandığını diqqətə çatdıran L.Qasımova 2014-cü ildə rəssamın ilk fərdi sərgisinin də açıldığını söyləyib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən 2007-ci ildə BMT-nin İsveçrə bölməsində yaradılan “Azərbaycan otağı”na rəssamın “Qədim şəhər” əsəri təqdim edilib.
Bildirilib ki, A.Hüseynzadənin yaradıcılığında əsas hədəf öncədən təyin edilmiş sərhəd və çərçivələrdən kənara çıxmaq, Qərb və Azərbaycan arasında rənglərin köməyi ilə özünəməxsus məkan yaratmaqdır. Rəssamın əsərlərində Abşeron, Bakı, İçərişəhər mövzuları, eləcə də sadə insanların təsvirlərindən ibarət portretlər və fəlsəfi mövzular rənglərin dili ilə təqdim olunur. Texniki ustalıq, rəng seçimi və istifadə edilən təsviri metodlar rəssamın əsərlərinin daha da cəzbedici olmasına şərait yaradır.
Rəssam Anar Hüseynzadə Avropanın mədəniyyət paytaxtlarından biri olan Vyana şəhərində ilk fərdi sərgisinin açılmasından məmnun olduğunu bildirib və Azərbaycan Mədəniyyət Mərkəzinə göstərilən dəstəyə görə təşəkkür edib.
Sonra Avstriyada yaşayan gənc azərbaycanlı musiqiçilər Jalə Rəsulova (fortepiano) və Fərid Feyzullayev (skripka) musiqi proqramı ilə çıxış ediblər.




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Kitob dunyasi” qəzetində Maqsud Şeyxzadə haqqında məqalə dərc edilib
11.12.2018
İstanbulda “İrəvan - gizlədilmiş həqiqətlər” filminin təqdimatı olub
10.12.2018
“Çarəsiz sərnişinlər” tamaşasının məşqlərinə start verilib
10.12.2018
Tural Turanın şeirlər kitabının imza günü keçiriləcək
10.12.2018
Azərbaycan ifaçısı Riqa musiqi festivalının Qran-pri mükafatına layiq görülüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
5 “Özümü qərib ölkədə hiss etmədim”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info