Azərbaycan-İordaniya iqtisadi əlaqələri müzakirə edilib
Tarix: 21.02.2018 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


Azərbaycan nümayəndə heyətinin İordaniyaya səfəri çərçivəsində Əmmanda iqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev İordaniya Haşimilər Krallığının sənaye, ticarət və təchizat naziri, Komissiyanın həmsədri Yarub Qudah ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan-İordaniya iqtisadi əlaqələrinin mövcud vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələrin aparıldığı görüşdə Şahin Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullah bin Hüseynin yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlərinin ikitərəfli əlaqələrin inkişafında xüsusi önəmini vurğulayıb. Bildirib ki, bu il Azərbaycan ilə İordaniya arasında diplomatik əlaqələrin qurulmasının 25 ili tamam olur. Ötən illər ərzində qarşılıqlı münasibətlərin inkişafında çox işlər görülüb. Bununla belə, hər iki ölkənin iqtisadi potensialı daha geniş əlaqələrin qurulmasına stimul yaradır.
Şahin Mustafayev qeyd edib ki, İordaniyada sabitlik hökm sürür və sərmayə yatırılması üçün münbit şərait yaradılıb. Bunlara Kral II Abdullah bin Hüseynin siyasəti nəticəsində nail olmaq mümkün olub.
Ölkələrimiz arasında müxtəlif sahələrdə, eləcə də regionlar arasında əməkdaşlıq genişlənir, sosial layihələr həyata keçirilir. Qeyd olunub ki, Əmmanın Bədr rayonunda ümummilli lider Heydər Əliyevin adını daşıyan prospekt və meydan vardır. İordaniya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini və ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir, İordaniya Senatı Xocalı soyqırımı ilə bağlı 2013-cü ildə Bəyanat qəbul edib.
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verən nazir Şahin Mustafayev deyib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Cənub Qaz Dəhlizi inşa edilir. Azərbaycan bu dəhliz vasitəsilə Avropaya ildə 10 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır. Bundan başqa, Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında da yaxından iştirak edir. Bu dəhliz Avropa ilə Körfəz ölkələrini birləşdirəcək. İran və Azərbaycan ərazilərindən keçməklə Rusiya və Avropaya kimi uzanan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi İordaniya üçün də əhəmiyyətli ola bilər.
Vurğulanıb ki, Azərbaycan-İordaniya iqtisadi-ticarət əlaqələrinin genişlənməsində 2007-ci ildə yaradılmış və səfər zamanı 3-cü iclası keçiriləcək Hökumətlərarası Komissiyanın fəaliyyəti əhəmiyyətlidir. İndiyədək ölkələrimiz arasında investisiyaların təşviqi, ikiqat vergitutmanın aradan qaldırılması haqqında sənədlər də daxil olmaqla ümumilikdə 42 sənəd imzalanıb. Azərbaycanda ticarət və xidmət sahələri üzrə 9 İordaniya şirkəti qeydiyyata alınıb. Nazir Şahin Mustafayev Azərbaycan və İordaniya arasında ticarət dövriyyəsində artımın müşahidə edildiyini, 2017-ci ildə ticarət dövriyyəsinin 37 faiz, ixracın 52 faiz artdığını vurğulayıb. Qeyd edib ki, iş adamlarının əlaqələrinin genişləndirilməsi üçün AZPROMO və İordaniyanın aidiyyəti qurumu arasında əməkdaşlığın qurulması, ixrac missiyalarının təşkili, potensial ixrac məhsullarına dair qarşılıqlı məlumat mübadiləsinin aparılması məqsədəuyğundur.
Görüşdə investisiya sahəsində əməkdaşlığın inkişafı üçün Azərbaycan İnvestisiya Şirkəti ilə əməkdaşlıq, Ələt Azad Ticarət Zonasında və Azərbaycanda yaradılan sənaye parklarında İordaniya şirkətlərinin investor kimi iştirakı imkanları diqqətə çatdırılıb. Azərbaycanda birgə əczaçılıq müəssisəsinin yaradılması imkanlarını qeyd edən Şahin Mustafayev nəzərə çatdırıb ki, İordaniyadan Azərbaycana dərman preparatları ixrac edilir. Azərbaycan ilə birgə müəssisə yaradıldıqdan sonra isə istehsal olunan məhsulun çeşidi artar və bu əczaçılıq məhsullarının üçüncü ölkələrə ixracını da təşkil etmək olar. Bundan başqa, Azərbaycanda yaradılmış aqroparklarda İordaniya ilə birgə kənd təsərrüfatı avadanlıqları, aqrar və qida məhsulları istehsal oluna bilər.
Nazir Şahin Mustafayev İordaniya şirkətlərini bu ilin mayında Bakıda keçiriləcək “Caspian Agro” və “WorldFood Azerbaijan” Sərgilərinə dəvət edib. Enerji, turizm, nəqliyyat, təhsil və səhiyyə sahələrində də əməkdaşlıq imkanları genişdir. Vurğulanıb ki, e-vizanın tətbiqi nəticəsində ötən il İordaniyadan Azərbaycana gələn turistlərin sayı 55 faiz artıb. Turizm və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi üçün Bakı-Əmman birbaşa aviareysi açıla bilər.
İordaniya Haşimilər Krallığının sənaye, ticarət və təchizat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Yarub Qudah ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişafından məmnunluğunu bildirib, Azərbaycan nümayəndə heyətinin Əmmana səfəri zamanı müzakirə ediləcək məsələlərin əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli olacağını vurğulayıb. Yarub Qudah bildirib ki, üç dəfə Bakıya səfər edib və hər dəfə də yeniliklərin şahidi olub. Azərbaycanın təbiətini və insanlarının qonaqpərvərliyini xüsusilə qeyd edən Y.Qudah görüşdə irəli sürülən təkliflərin qarşılıqlı faydalı olduğunu və diqqətlə nəzərdən keçiriləcəyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Səfər zamanı Azərbaycan nümayəndə heyəti Əmmanın Bədr rayonunda ümummilli lider Heydər Əliyevin adını daşıyan meydanı ziyarət ediblər.
Əmmana səfər çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin İordaniyanın Xarici İşlər naziri Ayman Al Safadi ilə görüşündə Cənubi Qafqaz və Yaxın Şərq regionlarındakı vəziyyətə dair qarşılıqlı məlumat və fikir mübadiləsi aparılıb.
Şahin Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə mövcud vəziyyət barədə İordaniya tərəfini məlumatlandırıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyə və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə İordaniya tərəfinə bir daha təşəkkür edib. İqtisadiyyat naziri ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin uğurlu əməkdaşlıq etdiyini qeyd edib, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan beynəlxalq əhəmiyyətli nəqliyyat və enerji layihələri barədə məlumat verib.
İordaniyanın Xarici İşlər naziri Ayman Al Safadi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəsinin Azərbaycanı daim dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini vurğulayıb.


Anar




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 4 milyondan çox sərnişinə xidmət göstərib
11.12.2018
Azərbaycanla Türkiyə arasında qarşılıqlı investisiyaların həcmi artıb
11.12.2018
Şəkidə quru tütün istehsalının 2850 tona çatacağı gözlənilir
11.12.2018
Bakıda Azərbaycan-Türkiyə kənd təsərrüfatı forumu keçirilib
11.12.2018
AQTA sədri Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı Forumunda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
5 “Özümü qərib ölkədə hiss etmədim”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info