Sabahdan Bakıda I siniflərə elektron qəbul başlayır
Tarix: 21.02.2018 | Saat: 13:29:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyində I siniflərə şagird qəbulunun elektron sistemlə təşkilinə həsr olunmuş mətbuat konfransı keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) sektor müdiri İlhamə Abdullayeva bildirib ki, 2018-2019-cu dərs ilində Bakı şəhərində I sinfə şagird qəbulunun elektron sistemlə həyata keçirilməsinə fevralın 22-dən (saat 10:00), Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda isə martın 12-dən start verilir. O deyib ki, I sinifə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçiriləcək: "Sentyabrın 15-dək davam edən elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər". Sektor müdiri qeyd edib ki, ümumi təhsil müəssisələrinin I siniflərinə 15 sentyabr tarixinədək 6 yaşı tamam olan, Təhsil Nazirliyitərəfindən müəyyən edilmiş qaydada xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinifə qəbulu üzrə müsahibədən uğurla keçmiş, 16 sentyabr 2012-ci il tarixindən 31 dekabr 2012-ci il tarixinədək olan dövrdə anadan olmuş və dövlət ümumi təhsil müəssisələrində ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar qəbul edilir: "Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq onların I sinifdə də eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimə həvalə olunması nəzərdə tutulur. Bu qayda 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunmur".

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.06.2018
Zaqatala taxılçıları hər hektardan 27 sentner məhsul götürürlər
16.06.2018
Hər ay “ABAD”ın dəstəyi ilə ailə büdcəmizə 500 manat daxil olur
16.06.2018
Sahil Babayev sağlamlıq imkanları məhdud gənclərlə görüşüb
15.06.2018
Aprel döyüşlərində əlil olmuş hərbçiyə minik avtomobili hədiyyə edilib
15.06.2018
Azərbaycan məscidlərində bayram namazı qılınıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Yaponiyada Azərbaycanın biznes mühiti ilə bağlı seminar keçiriləcək
2 Qazın qiyməti artdı, Paşinyan batdı..
3 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
4 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
5 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info