BANM-in tələbələri yaz semestrində Yunanıstanda təhsil alacaqlar
Tarix: 21.02.2018 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) bir qrup tələbəsi 2017/2018-ci tədris ilinin yaz semestrində Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində (PUAS) təhsil alacaqlar. BANM-dən bildirilib ki, “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən bu layihə çərçivəsində ali məktəbin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan 5 tələbəsi Yunanıstana göndəriləcək.
BANM-in rektoru Elmar Qasımov tələbələri yola salmazdan əvvəl onlarla görüş keçirib. Görüşdə tələbələrin valideynləri və yaxınları da iştirak ediblər. Rektor qeyd edib ki, bu hadisə tələbələrin həyatında önəmli yer tutacaq, onların dünyagörüşlərinin daha da təkmilləşməsinə və biliklərinin artmasına öz müsbət təsirini göstərəcək.
Görüşdə valideynlər övladları üçün göstərdiyi diqqət və qayğıya, onların potensial kadr kimi yetişməsi üçün atdığı bütün addımlara görə rektora öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, sonuncu kurs tələbələri olan Məmməd Cəbrayılov, Rəhim Rəhimli, Şamil Ömərov və Qulu Quliyev elmi yaradıcılıq və tədqiqat fəaliyyətlərinə, BANM-in "Əşyaların interneti" laboratoriyasında gördüyü işlərə, akademik göstəricilərinə görə seçiliblər və buraxılış işlərini Pirey Tətbiqi Elmlər Universitetində bitirmək şansı əldə ediblər. Digər bir tələbə - üçüncü kursda təhsil alan Nicat Həsənov isə bir semestrlik BANM-də keçəcəyi fənlərinin eynisini PUAS-da keçəcək.
Nigar




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Sondakika.com”: “ASAN xidmət” Azərbaycanda son illərdə həyata keçirilən islahatlara ən əhəmiyyətli nümunədir”
10.12.2018
Övladlığagötürmə sahəsində idarəetmə təkmilləşdirilir
10.12.2018
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
10.12.2018
Dövlət qulluğu üzrə müsahibəyə 737 vakant vəzifə çıxarılıb
10.12.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info