Kənd sakini tutduğu yenotu Hirkan Milli Parkına təhvil verib
Tarix: 21.02.2018 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


Lənkəran rayonunun Separadi kənd sakini Tarverdi Məmmədov gecə saatlarında həyətyanı sahəsində yenot tutub. Daha çox meşə ərazisində rast gəlinən bu heyvan kənd sakinlərinin də marağına səbəb olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, vətəni Amerika olan yenot Hirkan Milli Parkına təhvil verilib. Hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları da məlumatlandırılıb. Bir saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşı Ramiz Bəbirov bildirib ki, bu heyvanın kənd ərazisinə gəlib çıxmasının səbəbi insanların müdaxiləsi nətincəsində onların yaşayış arialının daralmasıdır. Yenotlar qidalanmaq üçün yaşayış məskənlərinə üz tutmağa məcbur olurlar. Aşkar olunmuş bu yenot tam sağlam olduğu üçün Hirkan Milli Parkın ərazisinə buraxılacaq.
Qeyd edək ki, su hövzələrinin yaxınlığındakı ağaclıq ərazilərdə yaşamağı sevən yenotlar gündüzlər yatır, gecələr isə yem axtarmağa çıxırlar. Onlar su mənbələrinin və bataqlıqların ətrafında yaşayır və su içməyə gələn heyvanları ovlayırlar.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
Yağlı yeməklər ömrü uzadır
25.03.2019
Avropada yuxudan gec oyananlar arasında yunanlar birincidir
25.03.2019
Yığılması çətin, bişirilməsi rahat - quzuqarnı göbələyi
25.03.2019
Dubayda “dünyanın ən yaxşı müəlliminə” 1 milyon dollar təqdim edilib
24.03.2019
Saxta balın fəsadları

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info