On min il işləyəcək saatın inşasına başlanılıb
Tarix: 21.02.2018 | Saat: 14:59:00 | E-mail | Çapa göndər


“Amazon” internet şirkətinin təsisçisi Ceff Bezos insan müdaxiləsi olmadan 10 min il işləyəcək mexaniki saatın inşasına başlayıb. Bu barədə “Twitter” səhifəsində məlumat verən şirkət yaradıcısı qurğunun montajını əks etdirən video yerləşdirib.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, sahibkarın sözlərinə görə, hündürlüyü 152,4 metr təşkil edən və bütün hissələri mexaniki olan saat günorta ilə sinxronlaşdırılmış gündüz və gecə temperatur dövrələri vasitəsilə işə salınır. “Uzunmüddətli düşüncə simvolu – “10000YearClock” saatı Denni Hillis, Zander Rouz və mütəxəssislər qrupu tərəfindən yığılır”, - o qeyd edib.
Məlumata görə, C.Bezos layihəyə 42 milyon dollar xərcləyib. Saat Qərbi Texasda ucqar dağda inşa olunur. 2011-ci ildə iş adamı saat barədə belə deyib: “On min il ərzində ABŞ Yer üzündən silinəcək. Bütöv sivilizasiyalar inkişaf edəcək və tənəzzülə uğrayacaq. Yeni idarəetmə sistemləri icad olunacaq. Siz, o cümlədən, heç kim dünyanı təsəvvür edə bilmir. Lakin biz bütün bunları saatın köməyi ilə keçməyə çalışacağıq”.
Qurğunun quraşdırılmasının nə vaxt başa çatacağı barədə məlumat verilmir. Onun tam hazır olandan sonra istifadəyə verilməsi planlaşdırılır.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.06.2018
Yemiş yeyəndə tumlarını atmayın
22.06.2018
İllik gəliri milyonları keçən tanınmış həkimlər
21.06.2018
İnsan nəfəsindən xəstəlikləri müəyyən etmək olacaq
21.06.2018
Yemək yeyərkən bunları etməyin!
21.06.2018
Videooyunlardan asılılıq xəstəliklər siyahısına daxil edilib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9439

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info