UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada
Tarix: 21.02.2018 | Saat: 15:01:00 | E-mail | Çapa göndər


UNEC Türkiyənin İstanbul şəhərində keçirilən III Avrasiya Beynəlxalq Ali Təhsil Zirvəsində (“EURIE-2018”) təmsil olunub. 70 ölkədən 2500-dən çox təhsil nümayəndəsinın qatıldığı zirvə toplantısında UNEC-i Beynəlxalq Əməkdaşlıq Departamentinin əməkdaşı Turan Süleymanov təmsil edib. Dünyanın 250 aparıcı ali təhsil müəssisəsinin stendinin yer aldığı “EURIE-2018”də regionun 4 dildə təhsil verən ən böyük iqtisadyönümlü universiteti olan UNEC-in guşəsi sərgi iştirakçılarının xüsusi marağına səbəb olub. Malayziya ali təhsil naziri Idris Jusoh, Avrasiya Universitetlər Birliyinin prezidenti, professor Mustafa Aydın və İstanbul Aydın Universitetinin rektoru, professor Yadigar İzmirli də UNEC-in stendini ziyarət edənlər sırasında olub. Dünya təhsil bazarında, o cümlədən nüfuzlu beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin əhəmiyyətli dərəcədə yüksəldiyini nəzərə alaraq ölkəmizdə iqtisadyönümlü təhsil almaq istəyən ziyarətçilər UNEC Biznes Məktəbi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, Türk Dünyası İşlətmə Fakültəsi, Beynəlxalq İqtisadiyyat Məktəbinə qəbulla bağlı suallar ünvanlayıblar. Onlar UNEC-ə əcnəbi tələbələrin cəlb olunması istiqamətində həyata keçirilən yeniliklərlə maraqlanıblar. UNEC stendi digər iştirakçı universitetlərin də diqqətini cəlb edib. Azərbaycan təhsil məkanına inteqrasiya etməyi hədəfləyən dünyanın bir neçə aparıcı universiteti bu istiqamətdə UNEC ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. 3 gün davam edən Avrasiya Ali Təhsil Zirvəsində beynəlmiləlləşmə, təhsil siyasəti, tələbə mübadiləsi proqramları, regional təlim strategiyaları, meyllər və imkanlar müzakirə olunub, ikitərəfli danışıqlar aparılıb. “EURIE-2018” zirvə toplantısı Avrasiya Universitetlər Birliyinin təşkilatçılığı və Türkiyə Xarici İqtisadi Əlaqələr Qurumunun dəstəyi keçirilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.06.2018
Fərhad Abdullayev: “Azərbaycanda hüquqi dövlətin inkişafı müstəqil siyasətimizlə bağlıdır”
20.06.2018
Astanada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub
20.06.2018
Mübariz İbrahimov yad edildi
20.06.2018
“Loqos” da ShushaPost.az saytının təqdimatı keçirilib
20.06.2018
“Xeyirxah” Hacı Nuranı təltif etdi

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9429

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info