Qeyri-adi pilotsuz uçan aparat yaradılıb
Tarix: 21.02.2018 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


Kanadanın “Cleo Robotics” şirkəti kompakt ölçüləri ilə seçilən və adi həvəskar kvadrokopterlərlə rəqabət apara biləcək qeyri-adi pilotsuz uçan aparat hazırlayıb. Qurğunun prototipi yanvarda “CES” sərgisində təqdim olunub.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, “Cleo” adlanan dron xarici görünüşünə görə ponçiki xatırladır və ölçüsünə görə onunla uyğunluq təşkil edir. Pilotsuz uçan aparatın dairəvi korpusunun daxilində istifadəçinin barmaqlarının toxunuşunda plastik barmaqlıqlarla mühafizə edilən iki propeller yerləşir, quraşdırılmış batareya isə qurğunun prototipini 12-15 dəqiqə avtonom uçuşla təmin edir.
Məlumata görə, aparat “HD” formatlı videoçəkilişə imkan verən quraşdırılmış kamera ilə təchiz olunub, uçuşun idarə olunması üçün smartfon üçün mobil əlavədən istifadə edilir. Perspektivdə tərtibatçılar dronu maneələrlə toqquşmadan yayınma və binalar daxilində naviqasiya sistemləri ilə təchiz etməyi düşünürlər.
Pilotsuz uçan aparatın mümkün satışa çıxarılma müddəti barədə məlumat verilmir. Buna baxmayaraq qurğu yaradıcıları ümid edir ki, aparata təkcə həvəskarlar deyil, eyni zamanda təhlükəsizlik sahəsində fəaliyyət göstərən şirkətlər maraq göstərəcəklər.




 
Bölməyə aid digər xəbərlər
09.12.2018
Tacikistanda dördəm uşaqlar doğulub
06.12.2018
Bolqarıstan pasportu dünyanın ən nüfuzlu pasportlarının ilk onluğundadır
05.12.2018
“Chanel“ daha timsah dərisindən istifadə etməyəcək
04.12.2018
Malayziyada internet-polisin yaradılması planlaşdırılır
03.12.2018
Azərbaycanda boş qalan evdə insanın yaşadığı təəssüratını yaradan cihaz istehsal edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info