İsa Həbibbəyli: “Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biridir”
Tarix: 21.02.2018 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib.
İnstitutun direktoru, akademik İsa Həbibbəyli ölkəmizdə və AMEA-da dilimizin inkişafı, qorunması və təbliği istiqamətində həyata keçirilən dövlət proqramlarından, layihə və tədbirlərdən söz açıb.
Bildirilib ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafında, onun saflığının qorunmasında, işlək dilə çevrilməsində və beynəlxalq münasibətlər sisteminə yol tapmasında ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri olub. Ulu Öndərin dil siyasəti onun dövlət quruculuğu siyasətinin üzvi tərkib hissəsi olub. Görkəmli dövlət xadimi ana dilinə - Azərbaycan xalqının milli dilinə daim böyük əhəmiyyət verib.
Azərbaycana rəhbərlik etdiyi ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olan Ulu Öndərin təşəbbüsü və qətiyyəti ilə Azərbaycan dili dövlət dili olaraq Azərbaycan SSR-in müvafiq qanunlarında (xüsusilə Konstitusiyada) əksini tapıb. Respublikada Azərbaycan dilinin rəsmiliyi təmin edilib. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan dilinin inkişafı, onun təbliği və yad təsirlərdən qorunması istiqamətində Heydər Əliyev siyasəti bu gün uğurla davam etdirilir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması da bunun parlaq göstəricisidir.
Azərbaycan dövlətinin dil siyasətindən söz açan akademik İ.Həbibbəyli Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamının əhəmiyyətini qeyd edib, ana dilimizin inkişafına, təbliğinə, tətbiqinə, beynəlxalq aləmdə nüfuzunun artmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb.
Sonra Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Beynəlxalq Ana Dili Gününün tarixindən danışıb, bu əlamətdar günün dünyada geniş qeyd olunduğunu bildirib. Dilçilik İnstitutunda dilimizin inkişafı və təbliği istiqamətində həyata keçirilən tədbirlərdən söz açan M.Nağısoylu ana dilinin saflığını qorumağın, ədəbi dil normalarının gözlənilməsinə nəzarət etməyin, həmçinin dili yad ünsürlərdən təmizləməyin hazırda bu elm müəssisəsinin başlıca vəzifəsi olduğunu diqqətə çatdırıb.
Abşeron rayonu Mehdiabad qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru Pənah Babayev bildirib ki, dilimizin, vətənimizin balacalara sevdirilməsində, yüksək səviyyədə təbliğində təhsil ocaqları əvəzsiz rol oynayır. Hər bir şagird ana dilinin müqəddəsliyini, onu qorumağın vacibliyini kiçik yaşlarından bilməlidir. Ona görə də təhsil ocaqlarında hər il ana dili ilə bağlı silsilə tədbirlər keçirilir.
Sonra Abşeron rayonu Mehdiabad qəsəbəsi 1 nömrəli tam orta məktəbin şagirdləri ana dili ilə bağlı şeirlər söyləyiblər.
Nigar




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Sondakika.com”: “ASAN xidmət” Azərbaycanda son illərdə həyata keçirilən islahatlara ən əhəmiyyətli nümunədir”
10.12.2018
Övladlığagötürmə sahəsində idarəetmə təkmilləşdirilir
10.12.2018
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
10.12.2018
Dövlət qulluğu üzrə müsahibəyə 737 vakant vəzifə çıxarılıb
10.12.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
5 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info