“Azərişıq” Səyyar “ASAN xidmət” vasitəsilə Şirvanda yeni layihə həyata keçirir
Tarix: 21.02.2018 | Saat: 21:21:00 | E-mail | Çapa göndər


“Azərişıq” ASC Səyyar “ASAN xidmət” vasitəsilə Şirvan Rayon Enerji Təchizatı və Satışı İdarəsində (RETSİ) yeni layihə həyata keçirir.
ASC-nin mətbuat xidmətindən bildirilib ki, “Azərişıq” uzun müddətdir bölgələrdə yeni salınan yaşayış massivlərinin elektrik enerjisi ilə təchiz edilməsi üçün əsaslı təmir-tikinti və yenidənqurma işləri aparır. Yeni güc mərkəzləri yaradılır, 0,4 kilovoltluq (kV) paylayıcı şəbəkələr yenidən qurulur. Vətəndaşların keyfiyyətli, fasiləsiz və dayanaqlı elektrik enerjisi ilə təchiz edilməsini qarşıya məqsəd qoyan “Azərişıq” ASC yeni yaşayış massivlərinin elektrik enerjisi təchizatını fərdi qaydada yenidən qurur.
Şirvan şəhərin şimal-şərq hissəsində bələdiyyə fondundan fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara torpaq sahələri satılsa da, yeni yaşayış massivinin enerji təchizatı şəbəkəsi qurulmayıb. Bunun müqabilində isə həmin işlərin vətəndaşların vəsaiti hesabına görüləcəyi şərti ilə bələdiyyə və vətəndaşlar arasında torpaqların alqı-satqı müqaviləsi bağlanılıb. Ərazidə son 10 il ərzində 2 mindən çox fərdi yaşayış evi tikilib. Bəzi evlərə texniki şərt alınaraq pərakəndə şəkildə qeyri-standart elektrik verilişi xətləri çəkilsə də, ”Elektrik Enerjisindən İstifadə Qaydalarına” riayət edilməyib. Bu isə bir sıra çatışmazlıqlara, həmçinin qəzalara və bununla da ciddi itkilərə səbəb olub. Eyni zamanda, həmin ərazidəki xeyli sayda ev bu günədək işıqsız qalırdı.
“Azərişıq” ASC-nin yeni yaşayış massivlərinin elektrik enerjisi təchizatının yenidən qurulması layihəsi əsasında 2017-ci ilin sonundan başlayaraq, Şirvan şəhərində genişmiqyaslı işlər aparılır. Artıq şəhərin Ç.Mustafayev küçəsində 44, Ə.Kürçaylı küçəsində isə 40 fərdi yaşayış evinin 0,4 kV-luq elektrik şəbəkəsi tamamilə yenidən qurulub. Eyni zamanda, güc mərkəzləri yaradılaraq əraziyə hava elektrik verilişi xətləri çəkilib. Yeni istehlakçıların texniki şərt əsasında şəbəkəyə qoşulması “ASAN xidmət” mərkəzləri ilə birgə həyata keçirilib. Ötən müddət ərazində 18 vətəndaş Sabirabad “ASAN xidmət” Mərkəzinə müraciət edərək texniki şərt alıb və dərhal onların fərdi yaşayış evlərində sayğac quraşdırılaraq enerji təchizatı təmin edilib. Bununla yanaşı, vətəndaşların elektrik şəbəkəsinə qoşulmasının kütləviliyi nəzərə alınaraq, müraciətlərin daha çevik həlli üçün səyyar “ASAN xidmət” əraziyə ezam olunub. Artıq bir neçə gündür ki, yeni yaşayış massivinin sakinləri “ASAN xidmət” vasitəsilə elektrik təchizatı şəbəkəsinə qoşula bilirlər. Yaxın müddətdə digər abunəçilərin də bu yolla “Azərişıq” ASC-nin elektrik şəbəkəsinə qoşulması təmin ediləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
09.12.2018
Ümummilli lider Heydər Əliyevin xatirəsi Səudiyyə Ərəbistanında anılıb
08.12.2018
Ermənistan atəşkəs rejimini 28 dəfə pozub
08.12.2018
Neft hasilatının azaldılması sazişi üzrə İran, Liviya və Venesuelaya güzəştə gedilib
07.12.2018
Avtomobildə külli miqdarda pirotexniki vasitələr aşkarlanıb
07.12.2018
Səyyar “ASAN Kommunal” Bilgəhdə

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info