Artur Rasizadə İranın Müdafiə və Silahlı Qüvvələrə dəstək nazirini qəbul edib
Tarix: 21.02.2018 | Saat: 21:52:00 | E-mail | Çapa göndər


Fevralın 21-də Azərbaycanın Baş naziri Artur Rasizadə İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri, general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 
 
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycanla İran arasında mövcud iqtisadi-mədəni əlaqələrdən danışan baş nazir iki ölkə rəsmilərinin qarşılıqlı səfərlərinin dövlətlərarası münasibətlərdə mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Müxtəlif istiqamətlər üzrə faydalı əməkdaşlıq üçün geniş imkanların olduğunu xatırladan A. Rasizadə xüsusən, kənd təsərrüfatı, ticarət, enerji, nəqliyyat, logistika, turizm və humanitar sferalarda birgə layihələrin səmərəliliyini vurğulayıb.
Daha sonra İranlı qonaq nümayəndə heyətinin səfər müddətində keçirdiyi görüşlər və hərbi-texniki məsələlərə dair apardığı danışıqlar barədə Baş nazirə məlumat verib.
 
Söhbət zamanı beynəlxalq və regional təhlükəsizlik baxımından separatizm, ekstremizm və terrorçuluqla mübarizəni daha da gücləndirməyin zəruriliyini önə çəkən Artur Rasizadə qonaqların diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldib. Xocalı soyqırımının ağır nəticələrini xatırladan Baş nazir Ermənistanın qeyri-konstruktiv, perspektivsiz siyasət apardığını nəzərə çatdırıb və mövcud münaqişənin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini vurğulayıb.
 
Əmir Hatəmi bildirib ki, İran beynəlxalq  səviyyədə qəbul olunmuş sərhədlərin toxunulmazlığı və Azərbaycanın ərazi bütövlüyü prinsiplərini dəstəkləyir.     
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Prezident İlham Əliyev Milli Gimnastika arenasında yarışlara baxıb
22.09.2018
Neftin qiyməti bahalaşır
22.09.2018
Ermənistan atəşkəs rejimini 112 dəfə pozub
21.09.2018
Cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
21.09.2018
“Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi düzəlişlər etməlidir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info