Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirliklərinə fındıq ixrac edəcək
Tarix: 22.02.2018 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


"Gulfood 2018" Beynəlxalq Ərzaq Sərgisində ixraca dair müqavilə imzalanıb
Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirliklərinə fındıq ixrac edəcək. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Dubayın Beynəlxalq Ticarət Mərkəzində keçirilən "Gulfood 2018" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın "Azhazelnut" şirkəti ilə Birləşmiş Ərəb Əmirliklərindən olan şirkət arasında 40 ton fındıq ləpəsinin ixracına dair müqavilə imzalanıb. Bundan başqa, Azərbaycanın süd və şirniyyat məhsullarının Səudiyyə Ərəbistanı, Tunis və Birləşmiş Ərəb Əmirliklərində distribüterliyinin açılması məqsədilə xarici şirkətlərin təklifləri müzakirə olunur. "Gulfood 2018" Beynəlxalq Ərzaq Sərgisində "Made in Azerbaijan" vahid ölkə stendi ilə nümayiş olunan Azərbaycan məhsulları ziyarətçilər, potensial müştərilər tərəfindən maraqla qarşılanır.
Anar




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019
Türkiyədə ev alan azərbaycanlıların sayı artıb
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info