Statistika Komitəsi beynəlxalq seminarda təmsil olunur
Tarix: 22.02.2018 | Saat: 15:38:00 | E-mail | Çapa göndər


Dövlət Statistika Komitəsinin əməkdaşları Cenevrədə keçirilən seminara qatılıblar.
Komitədən bildirilib ki, fevralın 21-22-də İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının birgə təşkilatçılığı ilə “Ekoloji-iqtisadi uçot sisteminin tətbiqi” mövzusunda seminar keçirilir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin energetika və ətraf mühit statistikası şöbəsinin müdiri Rəna Lazımova və həmin şöbənin Ətraf mühit statistikası sektorunun müdiri İlqar Vəliyev iştirak edirlər.
Seminarda ekoloji-iqtisadi uçot sisteminin tətbiqi vəziyyəti, ayrı-ayrı ölkələrdə görülmüş işlər, mövcud problemlər və onların aradan qaldırılması yolları müzakirə ediləcək, bu sahədə əldə olunmuş bilik və təcrübələrlə bağlı fikir mübadiləsi aparılacaq.
Tədbirdə Dövlət Statistika Komitəsinin nümayəndələri təqdimatla çıxış edərək ekoloji-iqtisadi uçot sistemi çərçivəsində ölkəmizdə əldə edilmiş nailiyyətlər və yaxın gələcək üçün planlaşdırılan işlərdən danışacaq, ekoloji hesabların tərtibi zamanı qarşıya çıxan problemlərin həlli ilə bağlı öz təcrübələrini bölüşəcəklər.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni ən böyük sosial layihəsinə start verir
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info