“Hansı “xidmətlərə” görə Eduard Qriqoryan Ermənistana təhvil verilib?”
Tarix: 22.02.2018 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Sumqayıtda zərərçəkən ermənilərin əksəriyyəti "Krunk" cəmiyyətinə maddi vəsait köçürməkdən imtina edənlər olub.
Bunu Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş tədbirdə İstintaq-əməliyyat qrupunun üzvü, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Nadir Mirzəyev deyib.
Onun sözlərinə görə, istintaq zamanı müəyyən edilib ki, 27-29 fevral 1988-ci il tarixdə Sumqayıt şəhərində baş vermiş məlum hadisələrdə fəal iştirak edənlərdən biri dəfələrlə məhkum edilmiş, milliyətcə erməni Qriqoryan Eduard Robertoviç adlı Sumqayıt şəhər sakini olub. Eduard Qriqoryan öz ətrafında adamları çəmləşdirib onlara rəhbərlik edərək, “Ermənilərə ölüm”, “Ardımca” və sair çağırışlarla özündə olan və əvvəlcədən hazırlanmış siyahıya əsasən erməni millətindən olan şəhər sakinlərinin evlərinə hücumlar həyata keçirib:
“İstintaq zamanı hücuma, zorakılığa və işgəncələrə məruz erməni millətindən olan zərəçəkmişlər (Lyudmila və Karina Mejlumyan bacıları, Manvel Petrosyan və digərləri) göstəriblər ki, onların evlərinə hücum edənlərə rəhbərlik və göstəriş verən məhz Eduard Qriqoryan olub, orada olan insanlar onun göstəriş və əmrələrinə əsasən hərəkət ediblər. İstintaq zamanı maraqlı bir fakt da üzə çıxıb. Belə ki, erməni millətindən olan Sumqayıt şəhər sakinlərinin öldürülməsi və zorlanmasına görə məhkum olmuş Eduard Qriqoryan 22 dekabr 1989-cu ildə hökm oxunduqdan sonra SSRİ mövcud olduğu zaman - 26 avqust 1991-ci ildə Yerevan şəhər 1 saylı istintaq təcridxanasına köçürülüb. Ortaya sual çıxır ki, hansı dırnaqarası xidmətlərə görə Eduard Qriqoryan Ermənistana təhvil verilib? 09.02.2015-ci il tarixdə Eduard Qriqoryanın 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olan Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri sesilməklə barəsində axtarış verilib”.
Tural




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
11.12.2018
Azərbaycanın UNICEF-lə tərəfdaşlığının 25 illiyinə və uşaqlara həsr olunmuş xüsusi poçt markası nəşr edilib
11.12.2018
İnsan alverinə qarşı mübarizəyə dair məsələlər müzakirə edilib
11.12.2018
Qafqaz Müsəlmanları İdarəsində ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib
11.12.2018
“Bakcell” daha bir iri məşğulluq sərgisinə qatılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
5 “Özümü qərib ölkədə hiss etmədim”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info