“Sumqayıt hadisələrini ermənilər və xarici dövlətlərin xüsusi xidmət orqanları təşkil edib”
Tarix: 22.02.2018 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


"Sumqayıt hadisələrini ermənilər və xarici dövlətlərin xüsusi xidmət orqanları təşkil edib".
 
Bunu Sumqayıt hadisələri ilə bağlı yaradılmış istintaq-əməliyyat qrupunun üzvü, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Nadir Mirzəyev Sumqayıt hadisələrinin 30-cu ildönümü münasibətilə XİN-də keçirilən mətbuat konfransında deyib.
 
N. Mirzəyevin sözlərinə görə, SSRİ Baş Prokurorluğunun istintaq qrupuna daxil edilmiş Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşlarının ifadələrindən görünür ki, iş üzrə əsas istintaq hərəkətlərini SSRİ Baş Prokurorluğu, həmçinin Rusiya, Ukrayna və Belarusun müxtəlif vilayətlərindən dəvət olunmuş müstəntiqlər icra edib, aparılan istintaq hərəkətlərindən onlar belə nəticəyə gəliblər ki, Sumqayıt hadisələrini ermənilər və xarici dövlətlərin xüsusi xidmət orqanları təşkil edib: "İstintaq qrupunun rəhbərləri cinayətin sifarişçilərinin və təşkilatçılarının müəyyən edilməsi istiqamətində demək olar ki, istintaq hərəkətləri aparmayıb, onların ifşa edilməsində maraqları olmayıb, buna görə də əsas cinayətin icraçıları barəsində işlərin tezliklə tamamlanıb məhkəməyə göndərilməsini tələb edib, Azərbaycan milliyyətindən olan müstəntiqləri əsas istintaq hərəkətlərinin icrasından kənarda saxlamağa çalışıblar, onlar əsasən texniki işlərin aparılması ilə məşğul olublar. İstintaqla müəyyən edildiyi kimi, Sumqayıt şəhərinin keçmiş güc strukturlarının əməkdaşları faktiki olaraq Sumqayıt hadisələrinin istintaq və əməliyyat yolu ilə təhqiqindən kənarlaşdırılsalar da, özlərinin apardıqları təhlillərlə müəyyən ediblər ki, şəhərdə özlərini «Qafandan qovulmuş azərbaycanlılar» kimi təqdim edən 20-25 nəfərdən ibarət təxribat qrupu fəaliyyət göstərir. Bu barədə onlara hətta bəzi zərərçəkmiş ermənilər də məlumat veriblər. Həmin məlumatlar SSRİ Baş Prokurorluğunun istintaq-əməliyyat qrupuna çatdırılsa da, naməlum səbəblərdən onların yoxlanılması təşkil edilməyib və nəticəsiz qalıb. Həmçinin müəyyən edilib ki, həmin vaxt şəhərdə gedən mitinqlərdə şəhər sakinləri olmayan şəxslər çıxış edərək özlərini Ermənistandan qaçqın düşmüş azərbaycanlılar kimi təqdim edib və erməniləri şəhərdən qovmağa çağırıb, öz aralarında isə erməni dilində danışıblar. Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaş ərəfəsində Ermənistanın dövlət qeydiyyat nömrəsi altında bir neçə avtomaşının olması, həmçinin Sumqayıt və Bakı şəhərində yerləşən mehmanxanalarda çoxsaylı erməni millətindən olan adamın qaldığı, iğtişaşdan sonra dərhal çıxıb getdikləri müəyyən edilib. Sumqayıt şəhərində yaşayan ermənilər özlərinə məxsus evləri və əmlakı təxribat məqsədilə özləri yandırmağa cəhd göstərərək bunun  günahını azərbaycanlılarının  boynuna atmaq istəyiblər. İstintaqla baş vermiş kütləvi iğtişaşların olacağı barədə Sumqayıt şəhərində yaşayan ermənilərin bu hadisələrə qədər məlumatların olduğu da müəyyən edilib”.  
 
N. Mirzəyev həmçinin bildirib ki, kütləvi iğtişaş ərəfəsində Sumqayıt şəhərinin müxtəlif yerlərində, binaların üzərində video çəkiliş aparılması üçün hazırlanmış xüsusi avadanlıqlar (videokameranın yerləşdirilməsi üçün ştativlər və s.) yerləşdirilib, iğtişaş zamanı erməni milliyyətli sakinlərə məxsus evlərin qarət edilməsi, qadının küçədə çılpaq vəziyyətdə hərəkəti özünü erməni kimi təqdim edən şəxs tərəfindən sovet hərbçilərinin razılığı ilə videogörüntüyə alınıb. Bu faktlar da Sumqayıt şəhərində kütləvi iğtişaşın erməni millətçiləri və keçmiş SSRİ-nin onları dəstəkləyən rəhbər dairələrinin təxribatçıları tərəfindən əvvəlcədən hazırlanaraq həyata keçirildiyini və azərbaycanlıların vəhşi obrazını yaratmaq niyyətini daşıdığını bir daha təsdiq edir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info