“Məsuliyyət Ermənistan siyasi hərbi rəhbərliyinin üzərinə düşür”
Tarix: 22.02.2018 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


“Sumqayıt hadisələri Ermənistan və SSRİ xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq törədilmiş təxribat idi”.
 
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Sumqayıt hadisələrinin 30-cu ildönümü münasibətilə XİN-də keçirilən mətbuat konfransında bildirib.
 
H. Hacıyev deyib ki, bu təxribata əl atmaqla sübut etməyə çalışdılar ki, ermənilərlə azərbaycanlıların birgə yaşaması mümkün deyil: “Sumqayıt hadisələri qəsdən törədilmiş təxribat idi”.
 
XİN sözçüsü xatırladıb ki, 1980-ci illərin sonlarında Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürərək hərbi gücə əl atdı, etnik təmizləmə siyasəti aparmağa başladı: “Ermənistan ərazisində, eləcə də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində mülki azərbaycanlılara qarşı çoxsaylı cinayətlər törədildi. Ümumilikdə bir milyondan artıq azərbaycanlı evindən didərgin düşdü. Ermənistan tərəfindən Azərbaycana qarşı müxtəlif səpkili provokasiyalar həyata keçirildli. Ermənistan xüsusi xidmət orqanları, erməni terror təşkilatları nəqliyyat vasitələrində müxtəlif terror aktları törətdilər və minlərlə azərbaycanlı həyatını itirdi. 1988-ci ilin fevralında Sumqayıt hadisələri bunun kulminasiya nöqtəsi idi. Sumqayıtda 15-dən artıq müxtəlif millətlərin nümayəndələri, o cümlədən ermənilər yaşayırdı. Bu hadisələrlə bağlı Ermənistan tərəfindən cinayət içi açıldı, lakin məntiqi sonluğa çatdırılmadı. Azərbaycan prezidenti tərəfindən Sumqayıt hadisələrinin təkrar araşdırılması üçün tapşırıq verilib. Baş Prokurorluq tərəfində istintaq tədbirləri aparılır. Bu və Dağlıq Qarabağdakı hadisələrə görə məsuliyyət Ermənistan siyasi hərbi rəhbərliyinin üzərinə düşür. Biz bundan sonra da ermənilərin törətdiyi provokasiyaların, cinayət və soyqırım əməllərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün əlimizdən gələni edəcəyik”.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info