“İRƏLİ” Xocalı faciəsi ilə bağlı aksiyaya start verir
Tarix: 22.02.2018 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Bəşər tarixində iz qoyan Xocalı faciəsindən 26 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeridib, yerlə yeksan etdikləri şəhərin dinc əhalisinə divan tutublar. Xocalı faciəsi zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olub, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülüb.
İnformasiya müharibələrinin sürətlə artdığı bir dövrdə, “İRƏLİ” İctimai Birliyi sosial şəbəkələrdə erməni təcavüzkarlarının törətdiyi faciə ilə bağlı aksiyalara start verib. Aksiyaların keçirilməsində məqsəd bütöv Azərbaycanı parçalamaq arzusunda olan erməni təcavüzkarlarının xalqımızın başına gətirdiyi müsibəti dünya ictimaiyyətinə çatdırmaq, faciə haqqında məlumatsız olan insanları insanlığa qarşı törədilmiş cinayət haqqında məlumatlandırmaqdır. Birlikdən verilən məlumata görə, sosial şəbəkələrdə təsir qüvvəsi çox olan Twitter sosial şəbəkəsində aksiyaya çoxlu sayda gənc qoşulub. Aksiyanın 27 fevral tarixinə kimi davam etməsi nəzərdə tutulur.
Belə ki, aksiyaya qoşulmaq istəyən şəxslər, “Twitter” sosial şəbəkəsi üzərindən #justiceforKhojaly, #Azerbaijan, #ireli2018 hashtaglarından istifadə edərək müxtəlif növdə olan məlumatlandırıcı paylaşımlar etməklə Azərbaycan həqiqətlərini daha böyük auditoriyalara çatdırılmasına nail ola bilərlər.
Qeyd edək ki, “İRƏLİ” İctimai Birliyi ötən il də Heydər Əliyev Fondunun Xocalıya Ədalət Beynəlxalq Kampaniyası çərçivəsində Xocalı Soyqırımının tanınması ilə bağlı sosial şəbəkə aksiyası həyata keçirmişdir. 300-dən artıq gəncin qoşulduğu twitter, facebook, instagram kimi sosial şəbəkələrdə #justiceforkhojaly haştaqı altında paylaşımlar edərək aksiyada yaxından iştirak edib və müxtəlif erməni qruplarına qarşı tutarlı arqumentlərlə çıxış etmişdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.06.2018
Yaponiyada zəlzələ
18.06.2018
Ukrayna Rusiya mallarının idxalını 31 faiz artırıb
18.06.2018
Müdafiə Nazirliyi: atəşkəs rejimi 102 dəfə pozulub
17.06.2018
Ermənistan silahlı bölmələri atəşkəsi 83 dəfə pozub
17.06.2018
Ermənistanın baş naziri Dağlıq Qarabağa gedib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Yaponiyada Azərbaycanın biznes mühiti ilə bağlı seminar keçiriləcək
2 Qazın qiyməti artdı, Paşinyan batdı..
3 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
4 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
5 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info